Səyahət üçün 3 məsləhət

Səyahət üçün 3 məsləhət

Səyahət etməyi sevən və növbələrə nifrət edənlər üçün təcrübəli səyyahın qeyd kitabçasından qeydlər.

Əvvəllər “hər ehtimala qarşı” prinsipi ilə hazırlaşırdım: özümlə ilk tibbi yardım dəsti, 3 cüt ayaqqabı və 5 dəst paltar götürürdüm. Nəticədə səhayətin sonuna kimi paltarların yarısı geyinilmirdi, dərmanları isə yerli əczaçılardan əldə edirdim. Yeni aldığım əşyalar çamadana yerləşmirdi və əlavə yük haqqı ödəmək məcburiyyətində qalırdım.

Bu səbəbdən mən aşağıdakı 3 vacib «mütləq olmalı» siyahısı ilə sistem qurdum.

Bu siyahıda qeyd olunanlar olmasa ölkədən çıxa bilmərəm:

    1. Pasport
    2. Sənədlər.
    3. Sığorta.
    4. Aviabiletlər.

Telefonda keçirə biləcəklərimi  skan edib götürürəm.  Həmçinin bütün sənədlərin elektron sürətlərini də telefona köçürürəm

Bu siyahıda qeyd olunanlar olmasa otelə sağ-salamat çata bilmərəm:

Adətən bu siyahıya bir neçə saatdan bir atılmalı dərmanlar daxildir. Su və qəlyanaltı hər təyyarədə verilmədiyi üçün, uçuş saatı uzun çəkərsə hava limanındakı kafelərdə otururam və yaxud özümlə duty free-dən bulka və su götürürəm.

Mən təyyarədə paltarımı dəyişmirəm və lazım olanları əvvəldən geyinirəm. Məsələn soyuq yerdən isti yerə gedirəmsə, sviter altından həmişə  nazik top geyinmiş oluram. İsti yerdən soyuq yerə gedərəmsə əlimdə gödəkcəmi götürürəm.

Bu siyahıda qeyd olunanlar olmasa başqa ölkədə 2 gündən artıq yaşaya bilmərəm.

  • Yalnız resept ilə ala biləcəyim dərmanlar
  • Əlavə 1 cüt ayaqqabı
  • Əlavə 2 dəst paltar

Əvvəllər mən özümlə player və kitab götürürdüm, bəzən isə işlə bağlı notebook. İndi isə telefon və batareyası 90 saat dözümlü olan naqilsiz qulaqcıqlar ilə kifayətlənirəm

Qalan əşyaları mən uçuş zamanı alıram. Əgər qonaq gedirəmsə digər vacib əşyaları dostlarımdan alıram.