Səyahət zamanı yorulmamaq üçün…

Səyahət etmək, yeni yerlər görmə və kəşf etmə duyğusunu canlandıran həyəcnlı aksiyalardan biri kimi qəbul edilir. Hər bir insanın ruhunda yeni yerlər kəşf etmək, işlərə müvəqqəti ara verib səyahət etmə ehtiyacı var. Yeni məkanlara addım atmaq hər nə qədər həyəcanlı və maraqlı olsa da səfər prosessi bəzən o qədər də xoşagəlimli olmaya bilər. Xüsusilə də uzun səyahətlər bir çox insan üçün qorxulu yuxu kimidir. Yolda narahatçılığa görə yatmamamağınız sizi olduqca yorub, digər sərnişinlərlə müqayisədə səyahətinizin ilk gününü oteldə dincəlməklə keçirməyinizə səbəb ola bilər.

Bəs, yuxu problemini həll etmək, təyyarədən gümrah enmək üçün nə etməli? Çemodan hazırlayarkən əl çantasına rahat yatmağınız üçün əlavə edəcəyiniz kiçik əşyalar, sayəhətinizi rahat və komfortlu yuxuyaa getməyinizi təmin edəcəkdir. O əşyalar isə aşağıdakılardır:

Yuxu maskası

Səyahət zamanı ən çox rastlaşılan narahatçılıqdan biri baş və göz ağrılarıdır. Təyarə kabinindəki yüksək təzyiq, baş ağrılarına səbəb olur. Bu ağrıların göz quruluğu və yuxusuzluqla birləşməsi yorğunluğa səbəb olur. Bütün bunları aradan qaldırmaq üçün, yuxu maskası istifadə etmək tövsiyə olunur. Yuxu maskası cinsiyyət və yaş fərqindən asılı olamayaraq bütün sərnişinlər üçün ən vacib əşyalardan biridir. Yumşaq, tünd rəngli yuxu maskası mışıl-mışıl yatmağınız üçün ideal vasitədir.

Boyun yastığı

Avtomobil, avtobus və təyyarə ilə səyahət üçün dizayn edilmiş boyun yastıqları, olduqca istifadəyə yararlı əşyadır. Kiçik nasosla asanlıqla şişirdilən yastıq, yol boyu rahat yatmağınız üçün köməyinizə çatır. Boyun ətrafını əhatə etməsi, səyahət zamanı tez-tez rast gəlinən çiyin və boyun ağrısının qarşısını alır. İstifadə edilməyən zamanda, kiçik ölçülərinə görə əl çantasında və cibdə asanlıqla daşımaq mümkün olur. Boyun yastıqları, dik oturmağı təmin edərək, fiziki olaraq sağlam səyahət etməyinizə dəstək göstərir. Yorğun, yuxusuz və narahatedici səyahətinizin olmaması üçün cuzi məbləğ ödəyərək ala biləcəyiniz ən ucuz vasitədir.