Səyahətdə həqiqətən arıqlamaq olurmu?

fil təyyarəyə qalxır

Arıqlamaq və yaxşı görünmək üçün xüsusi bir şey etmək lazım deyil. Sadəcə səyahətə çıxmaq bəsdir.

Stress

Səyahət zamanı stress vəziyyətləri çox olur. Amma Maldiv adalarına ensəniz və bir saat aeroportdan çıxışı axtarsanız inanın bu sizin fiquranızın xeyrinə olacaq. Alimlər çoxdan sübut ediblər ki, stress kalorinin yanmasına kömək edir. Beləliklə, otelə gedənədək çimərliyə çıxmaq üçün formanızı düzəldə bilərsiniz.

Həyəcanlanma

Səyahət zamanı həyəcanlanma xoş olur. Amma vauçeri və ya bir neçə yüz avro evdə unutsanız beliniz nazik olmağa başlayacaq.

Maraq

Öyrənilməyən yerlər səyahətçilərdə həmişə maraq oyadır. Öz növbəsində həmin maraq sizi səhər saat 8-də oyadır və gecəyə qədər Londonun küçələrində avaralanmağa və ya yerli cunqlini öyrənməyə məcbur edir. Elə bil bütün günü trenajor zalında keçirmisiniz, elə deyilmi?

Gəzinti

Azmısınızsa geri qayıdın, dövrə vurun, lazım olan döngəni ötürün və siz bir neçə yüz kalori yandırdınız.

Yemək

İtaliyaya gedən zaman hər tində pizza yemək aydındır ki, arıqlatmır. Amma Dehli və ya Katmanduda hər hansı küçə yeməyini yoxlasanız arıqlayarsınız. Ekzotik yerlərdə istirahət edərkən yerli yeməklərdən zəhərlənərək deyil, yeməyə qarşı mühafizəkarlığınıza görə arıqlamış olursunuz. Əgər siz yerli yeməklərin qəribə göründüyü və iy verdiyi qənaətinə gəlirsinizsə, sadəcə onu yeməyəcəksiniz.

Alkoqol

Səyahətin ən parlaq və vacib cəhəti zərərli vərdişlərdən imtina etməkdir. Bir az qəribə görünsə də evdən uzaq olanda içmək istəyi çox azalır. Səyahətçilərin çoxu tanımadığı yerlərdə özünü çox da sərbəst hiss etmir, ona görə də artıq şeyləri etmir. Bu da həm sağlamlığınıza, həm də cibinizə yaxşı təsir edir.

Pul

Səyahətdə çox qənaət edə biləcəyinizi güman etmək praktik olaraq Eyfel qülləsinin Çinə aparılmasına (nəzəri cəhətdən bu da mümkündür) inanmağa bərabərdir. Özü də yemək və kokteylə qənaət etməklə formanıza böyük töhfə vermiş olursunuz. Yaxşı səhər yeməyi və gün ərzində bir neçə dəfə yüngül qəlyanaltı istənilən dietanın ideal reseptidir.