Son bir neçə ildə səyahətçilər sea bands/motion bands/travel bands kimi ifadələr istifadə etməyə başlayıblar. Bu ifadələr Azərbaycan dilinə “səyyahın bilərziyi, dəniz bilərziyi” kimi tərcümə olunur.
Bu “möcüzəvi əşya” Şərq təbabətində hələ də təsirli müalicə metodu kimi qəbul olunan, Qərb təbabəti tərəfindən isə rəsmi qəbul olunmayan, akupunktur (müəyyən nöqtələrə masaj) texnikası sayəsində sizə və sizin bədəninizə aktiv, gümrah və hərəkətli qalmağa kömək edir.
“Səyyahət qobağı” nədir?
Səyyahın qolbağı – el arasında “yol tutma”- yəni, hərəkət zamanı halsızlıq, yorğunluq, ürək bulanma, baş gicəllənmə kimi əlamətləri hiss edən insanlar üçündür. Belə geniş yayılmış problemin həllinə yanaşmanın qeyri-ənənəvi olmasına baxmayaraq, nəticədə təsirli olduğu iddia edilir: gəmi, avtomobil, təyyarə və digər nəqliyyat vasitələri ilə səyahətiniz bu qolbaqla daha rahat olur.
21-ci əsrin bir çox əşyası kimi əşyası kimi qiymətə görə bilərzik iki növ insan üçün nəzərdə tutulmuşdur: Bilərziyi almaq istəyib, lakin maddi cəhətdən məhdud imkanı olanlar üçün-münasib qiymətə (10-15 dollar) və bilərziyi almaq istəyib, alanlar üçün-bahalı (100 dollar). Bahalı olan bilərzik iş prinsipinə görə ehtiyac olduğu halda elektrik cərəyan terapiyası vasitəsi ilə sinir sisteminizə yanlış siqnal göndərərək sizi ürəkbulanmadan, yorğunluqdan, həyəcandan yayındırır və bir dəqiqə ərzində sizi normal vəziyyətə qaytarır.
Qolbağın sadələşdirilmiş modeli isə belə terapiyanı tətbiq etmir və yalnız akupunktur terapiyası ilə məhdudlaşır.
Bu “xəstəliyə” qarşı mübarizədə ənənəvi üsulları da unutmayaq. Vitaminlər, dərmanlar və həkim tərəfində yazılan reseptlər hələ də sübut olunmuş və populyar üsullar sayılır.
Qolbaq necə işləyir?
Qısa və aydın şəkildə desək akupunkturun mahiyyəti belədir: insan bədəni bir-birinə bağlı olan və bədənimizin müəyyən funksiyaları üçün cavabdeh olan enerji mənbələrindən (nöqtələrdən) ibarətdir. Bu mənbələrə düzgün şəkildə təsir etməklə inanılmaz dərəcədə unikal qabiliyyətlər aşkar edə bilərsiniz.
Biləyimizin arxasında, konsepsiyaya görə, Nei-Gua nöqtəsi var. O nöqtəyə düzgün təzyiq göstərməklə insan yorğunluq, ürək bulanma, hərəkət zamanı baş verən mənfi hallardan özünü qorumaq iqtidarındadır.
İndi isə 100 dollarlıq qolbağın iş prinsipinə nəzər salaq. Bu qolbaq Nei-Gua nöqtəsinə təzyiq etməklə yanaşı neyromodulyasiya (elektrik stimullaşdırılması) vasitəsilə də bədəninizə təsir göstərir. Cihazda zəruri hallarda beyninizi və sinir sisteminizi “süni şəkildə aldatmaq” üçün elektro pulsasiya yaradan xüsusi batareyalar quraşdırılmışdır.
Həqiqətəndə bilərzik işləyirmi?
ABŞ-ın Milli Tibb Kitabxanasının şöbəsi tərəfindən nəşr olunan bir araşdırmaya əsasən: bilərzik ümumiyyətlə ona görə işləmir ki, “insanlar onun işə yaradığına inanır”.
Məsələni öyrənmək üçün 17 fərqli klinikadan hamilə qadınlardan ibarət qrup yaradıldı. Bu qrup, öz növbəsində, iki qrupa bölünürdü: birincidə qadınlar həqiqi qolbaq taxmışdı, digərində saxta.
Nəticədə, əsl bilərzik taxanlarda yorğunluq və halsızlıq simptomları daha az hiss edilirdi.
Real alıcıların təcrübəsinə əsaslanaq. Amazondan gələn rəylərdən belə nəticə çıxıb ki, insanlar bilərzik alışından məmnun qalırlar.
Bilərzik yoxsa ənənəvi üsullar daha təsirlidir?
Bir sualdan digər sual yaranır: Şərq və ya Qərb təbabəti daha təsirlidir?
Mövzu mübahisə və fikir ayrılıqları ilə doludur, lakin həqiqətən bu “xəstəlikdən” əziyyət çəkənlər bilərziklərə üstünlük verirlər (kimlər ki, alıb və yoxlayıb), ən azından ona görə ki, ənənəvi dərmanların xoşagəlməz yan təsirləri mütləq vardır.
Alternativlər arasında zəncəfil kökü qarışığı ilə kapsulaları və saqqızları nəzərdən keçirə bilərsiniz. Onların əsas üstünlüyü “qırıq” görünüşdən xilas etmək və enerjinizi yüksəltməklə yanaşı yan təsirinin yaranmamasıdır.
Məsləhət
Əgər daha yaxşı üsulun axtarışındasızsa – axtarın, lakin sizin üçün “təsirli üsulu” hər zaman yanınızda saxlayın.
Bilərziyi necə istifadə etmək lazımdır?
- Sağ əlinizin 3 barmağını sol əlinizin iç tərəfdən biləyinizin üzərinə elə qoyun ki, üzük barmağınız ovucunuzun tam başladığı yerdə olsun.
- Sağ əlinizin işarət barmağı biləyinizdən +/- 5 sm məsafədədir. Sol əlinizi gərgin şəkildə sıxsanız iki bərk əzələ hiss edəcəksiniz. Sözügedən Nei-Guan nöqtəsi – işarət barmağının altında olan nahiyədir.
- Qolbağın düyməsi düz Nei Guan nöqtəsinin üstündə olmalıdır. Prosesi sağ əlinizlə təkrarlayın.
Məsləhət
Daha çox təsir göstərməyi üçün eyni anda iki biləyə bilərzik taxmaq məsləhət görülür.