Şirvan

Şirvan

Muğan

Şirvan (keçmiş Əli Bayramlı), Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Beyləqan rayonlarını əhatə edən coğrafi ərazi tarixən belə adlanıb. Qədimdə Böyük İpək Yolunun keçdiyi məntəqələrdən olub. H.Z.Şirvani Muğan barəsində ətraflı məlumat verir: “Muğan məşhur bir vilayətdir. Qədim şəhərləri və böyük nahiyələri var. Beşinci iqlimdən hesab olunur. Ab-havası xoş və gözəldir. Şimaldan onun sərhədi Şirvandır. Iran, Talış, Gürcüstanla sərhədlənir. Deyirlər oranı Muğan adlı adam bina etdirib. Əhalisi şiə məzhəblidir. Türk dilində danışırlar. Uzaqdan gələn adamlarla mehribandırlar. Qızılbaş tayfasından şahsevənlər o ölkədə çoxdur.”

Şirvan rayonu

Bakıdan 113 km məsafədədir. Kür çayının sol sahilində, Şirvan düzündə yerləşir. Böyük zavod və fabriklər olub. 1954 – cü ildə yaranan məntəqə energetiklər şəhəri kimi ad çıxarmışdı. Su elektrik stansiyası ilə məşhurdur. 1955 –ci ildə ərazidə qazılmış quyudan neft fontan vurunca şəhərin taleyi dəyişdi. SSRİ – nin hər tərəfindən insanlar buraya axın etməyə başladı. Ardınca 1958 – 1962 – ci illərdə 7 bloklu DRES – in ilk blokunun işə salınması buranın sürətlə inkişaf etməsinə səbəb oldu. Ərazi 1924 – cü ilə qədər Zubovka, 2008 – ci ilə kimi Əli Bayramlı adlanırdı.

Toponim

Deyilənlərə görə, indiki rayonun yerində ilk yaşayış məskənini XVIII əsrin ortalarında Şamaxının Ərəbşahverdili kəndindən buraya köçənlər salıb. Adı rəsmi sənədlərdə Zubovka kimi keçir. Tarixdə “Qızılağac Zubov” kimi tanınan V.A.Zubov çariça II Yekaterinanın dönəmində Qafqaza göndərilən işğalçı rus ordusunun komandanı idi. Qoşunu ilə Şamaxıya gələn Zubov 1795 – ci ilin qışını burada düşərgə salaraq keçirir və yaşayış məntəqəsi salmaq barədə əmr verir. Gələcəkdə şəhər olacaq həmin məntəqə çariçanın şərəfinə Yekaterinoserd adlanmalı idi. İşlər başlansa da lazım olduğu qaydada başa çatdırılmır və çariçanın şəninə yaraşmadığı üçün də yerin adı sadəcə komandanın şərəfinə Zubovka qalır. 1924 – cü ildə ismi dəyişərək bir inqilabçının şərəfinə Əli Bayramlı olur.

Əli Bayramov kimdir?

1889 – cu ildə Lahıcda doğulan inqliabçı Xəzərdə gəmilərdən birinin kapitanı olub. 1917 – ci ildə bolşeviklərə qoşulub. Bundan qısa bir müddət sonra, Azərbaycanda kommunistlərin hakimiyyətə gəldiyi 1920 – ci ildə öldürülüb. Buranın tarixi, turistik əhəmiyyəti haqqında danışmağa mövzu çox azdır. Tarixi abidələrə gəlincə isə sadəcə bir obyekt var.

Tağlı körpü

1917 – ci ildə Kürün üstündə tikilən bu körpü rayonun ən dəyərli tarixi abidəsi hesab edilir. Taxtadan inşa edildiyi üçün bir müddət sonra yanıb. 3 il sonra bərpa edilib. İkinci körpü isə 1962 – cil ildə inşa edilib.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2338305716309486]