Dünyadakı hava yollarının fəaliyyətini izləyən “Airlines Reporting Corporation” şirkəti dünya üzrə 10 milyona yaxın aviabiletin qiymətlərini araşdırıb. Məqsəd, təyyarə biletlərinin həftənin hansı günü daha ucuz olmasını müəyyənləşdirmək olub.
Məlum olub ki, iş məqsədilə səyahət edənlər biletlərini daha çox 5-ci gün, tətil məqsədilə səyahət edənlərsə, bazar günü almağa üstünlük verirlər. Buna görə həmin günlərdə aviabiletlər baha olur. Şirkətin araşdırmasına görə Avropa istiqamətində həyata keçirilən uçuşlara ən ucuz bileti 140, ABŞ-a olan uçuşlara isə 57 gün əvvəl almaq mümkündür.
Qurum onu da qeyd edib ki, aviabiletləri çox erkən almaq bəzən daha baha başa gəlir. Çünki aviaşirkətlər beynəlxalq uçuşların bilet qiymətlərini təxminən 5-6 ay əvvəl müəyyən edirlər. Uçuşa 6 aydan çox qalanda biletlərin qiyməti baha olur.
Araşdırmalara görə ucuz təyyarə bileti almaq üçün ən yaxşı gün çərşənbə axşamıdır. Çünki həftənin ilk günü aviabiletlərin qiymətini müəyyən edənlər ötən həftənin sonunda kifayət qədər biletin satılmadığını gördükdə biletlərin qiymətində endirim edirlər. Bazar ertəsi günü edilən endirimlər isə səhəri gün, yəni, çərşənbə axşamı satışa çıxarılan biletlərə şamil olunur.
Siz də heç bir komissiya əlavə edilmədən ucuz aviabilet almaq istəyirsinizsə, AyBilet.az-ın təklif etdiyi ucuz bilet axtarış sistemindən yararlanın. Sistemimiz aviabilet satışını birbaşa özü yox, getdiyiniz istiqmətə görə ən ucuz bilet təklif edənləri sizə təqdim edir.