Təyyarə göyərtəsinə nələr götürmək olar?

Təyyarə salonu

Adətən aviaşirkətlər təyyarə göyərtəsinə əl yükü və əlavə bir şəxsi əşya keçirməyə icazə verirlər. Misal üçün kiçik çanta.

Çox vaxt isə sərnişinlər şəxsi əşya olaraq nələri götürə biləcəklərini bilmirlər və bəzən bir bel çantasını götürüb problem olmayacağını düşünürlər. Bu məqalədə şəxsi əşyalara nələrin aid olduğunu və daşınma qaydalarını öyrənə bilərsiniz.

Şəxsi əşyalara nələr aiddir?

Ön oturacağın altına yerləşə biləcək əşyalar, məsələn, böyük ölçüdə olmayan çantalar ( əl çantası, bel çantası və s.) Çox vaxt aviaşirkətlər onların daşınması üçün əlavə ödəniş tələb etmirlər. Təxmini ölçülər aşağıdakı kimi olmalıdır:

  • Eni: 15.5-23 santimetr
  • Hündürlüyü: 25.5–36 santimetr
  • Uzunluğu: 44–47 santimetr

Lakin aviaşirkətlərdən asılı olaraq bu qaydalar dəyişə bilər. Bu səbəbdən məlumatları əvvəlcədən dəqiqləşdirməyiniz məsləhət görülür.

Şəxsi əşyalar və əl yükü arasında fərq nədir?

Əl yükü kimi siz kifayət qədər böyük əşyalar götürə bilərsiniz, şəxsi əşyalar isə o qədər  kiçik olmalıdırlar ki, siz onları qarşıdakı oturacağın altına yerləşdirə biləsiniz. Əl yükü yuxarı yük bölümündə yerləşdirilir.

Bel çantası müvafiq ölçülərə uyğun gəlirsə şəxsi əşya sayıla bilər. Lakin bəzi şirkətlər bu haqda rəsmi saytlarında məlumat vermirlər. Bu səbəbdən bel çantasına çox da əşya yığmayın.

Aşağıdakı əşyaları yük bölümünə təhvil verməyib özünüzlə götürə bilərsiniz:

  • çiyin çantası
  • cüzdanlar
  • noutbuk çantaları
  • portfellər
  • bəzi bel çantaları
  • foto və videokameralar
  • yemək qabları
  • kiçik qadın və kişi çantaları
  • paltarlar üçün örtüklər
  • musiqi alətləri
  • İdman avadanlığı (məsələn, tennis və ya badminton raketləri).

Özünüzlə götürə bilməyəcəyiniz əşyaların siyahısı:

  • Bıçaqlar və digər iti əşyalar. Onlar qablaşdırılmalı və yük bölümünə təhvil verilməlidirlər.
  • 100 ml-dən çox maye tərkibli əşyalar
  • Odlu silahlar.

Təyyarə göyərtəsinə əlavə götürə biləcəyiniz əşyaların siyahısı

Əl yükü  və şəxsi əşyalara əlavə olaraq aşağıdakı əşyaları ödənişsiz götürə bilərsiniz:

  • əlillər üçün köməkçi qurğular
  • çətirlər
  • uşaq bezi
  • üst geyim
  • yaşlılar və əlillər üçün çəliklər
  • uçuş zamanı yeyəcəyiniz konteynerdə yemək
  • uşaq oturacaqları
  • uşaq arabaları
  • Duty-free-dən mallar
  • kitablar, jurnallar və s.
  • foto və videokameralar

Bu siyahı müxtəlif aviaşirkətlərdə dəyişir, buna görə əvvəlcədən araşdırmağı unutmayın.

Ancaq ən çox əlavə götürə biləcəyiniz əşyalar bunlardı: əlillər üçün qurğular, Duty-free malları, üst geyimlər və çətirlər.

Bütün aviaşirkətlərdə şəxsi əşyaların və əl yüklərini daşınması üçün təxminən eyni qaydalar olur: əşyalar təhlükəsiz və müvafiq ölçülülərə uyğun olmalıdır.

ƏşyalarLakin bəzi fərqlər ola bilər. Bu səbəbdən “Buta Airways” avişirkətində əl yükü üçün qayda və tələbləri nəzərinizə çatdırırıq.

Buta Airways

  1. Əl-yükü (qeydiyyata alınmamış baqaj) – Sərnişin tərəfindən təyyarə göyərtəsinində daşınan 1 yer 10 kq və ölçüləri cəmi 110 sm-dən (55x35x20sm) artıq olmayan baqajdır.
  2. Aviaşirkətin uçuşlarında əl-yükünün pulsuz daşınma norması müəyyən edilməmişdir. Əl yükünün daşınması üçün müvafiq ödəniş edilməlidir.
  3. Müəyyən istiqamətdə daşınmasına icazə verilən əl yükünün çəkisi barədə məlumatı aşağıdakı ünvanlardan almaq olar:
    • Aviaşirkətin rəsmi veb səhifəsindən;
    • Aviadaşımaların satışı məntəqəsində.
  1. Əl yükü bir yer tutmalı, hava gəmisinin salonunda Sərnişin oturacağının üstündəki rəfdə, yaxud irəlidəki oturacağın altında yerləşdirilməlidir.
  2. Aviaşirkətin uçuşlarına qeydiyyat zamanı Sərnişin çəkini müəyyən etmək üçün daşıdığı baqajı təqdim etməlidir. Hər birindən bir ədəd olmaqla, aşağıdakı bənddə göstərilən, minmə, düşmə və ya uçuş zamanı Sərnişinə lazım ola biləcək əşyalar istisna təşkil edir.
  3. Aviaşirkətin uçuşlarında baqajın müəyyən edilmiş pulsuz daşınma normasından əlavə, Sərnişin təyyarə göyərtəsinə minmə, düşmə və ya uçuş zamanı ona lazım ola biləcək hər birindən bir ədəd olmaqla aşağıda göstərilən əşyaları götürmək hüququna malikdir. Belə əşyalara aiddir:
    • Ölçüləri 30x35x10sm-dən artıq olmayaraq qadın əl çantası və ya kişi portfeli, və ya kamera çantası və portativ kompüter çantası (yalnız təyinatı üzrə istifadə edilməlidir);
    • Üst geyimi, palto və ya plaş, portfeldə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir);
    • Gül dəstəsi (əl yükünün icazə verilən ölçülərindən artıq olmamalıdır);
    • Uşaqla səyahət zamanı lazım ola biləcək uşaq qidası, yol beşiyi, yüngül, qatlanan uşaq arabası (təyyarənin baqaj bölməsində daşınır).
    • Fiziki imkanları məhdud olan Sərnişinlər üçün qatlanan kreslo (təyyarənin baqaj bölməsində daşınır) və qoltuqağacları və ya əsa.
    • Çətir və uçuşda oxumaq üçün müəyyən miqdarda materiallar;
  1. ABŞ istiqamətində uçuşlarda səyahət edən sərnişinlərə əl yükündə və ya öz üzərlərində turbo alışqanların (torch lighters) daşınmasına icazə verilmir