Təyyarə ilə səyahət edəcəklərə 7 məsləhət

Azal

İlk dəfə təyyarə ilə səyahət edəcəklər üçün 7 önəmli məsləhəti diqqətinizə çatdırırıq. Yola çıxmadan öncə bir neçə xüsusiyyətə diqqət etmək lazımdır.

  1. Erkən aviabilet alın
    Avtobus səyahətlərindən fərqli olaraq, təyyarə ilə səyahət edəcəyiniz zaman aviabiletləri erkən almaq daha məsləhətlidir. Əgər eyni gündə aviabilet alıb və uçmaq istəyirsinizsə, bu halda bilet normal qiymətindən çox baha olacaqdır. Ucuz aviabiletlər almaq istəsəniz, erkən davranaraq, həfətələr və ya aylar əvvəl biletinizi alın.
  2. Çantanızı yaxşı hazırlayın
    Əksər aviaşirkətlər 7-8 kq əl yükü və 23 kq adi yük daşınmasına icazə verirlər. Səyahətə çıxmadan öncə mütləq sizə lazım olacaqları özünüzlə aparın. Çantanıza heç geyinməyəcəyiniz geyimləri əlavə etməyin. Əks halda yükünüzün çəkisi icazə verilən çəkidən artıq olacaq və əlavə pul ödəyərək, aparmaq məcburiyyətində qalacaqsınız.
  3. Check-in üçün doğru zamanı seçin

    Self check-in
    Şəkildəki avadanlıq Heydər Əliyev adına hava limanında çəkilmişdir.

    Aviabilet aldıqdan sonra uçuşa bir qədər qalmış biletinizi check-in etməyiniz lazımdır. Bu məqamda ilk məsləhətimiz online check-in etməkdir. Bir çox aviaşirkətlər 24 saat əvvəl check-in imkanı təqdim edirlər. Bu işinizi xeyli asanlaşdıraraq, hava limanına sadəcə uçuş üçün yaxınlaşmağınızı təmin edəcəkdir. Əgər online check-in imkanı yoxdursa bu zaman hava limanına ən azı 1.5-2 saat tez getməyiniz tövsiyə olunur. Bundan başqa bir çox hava limanlarında şelf check-in avadanlıqları mövcuddur ki, bu avadanlıqlar vasitəsi ilə, hava limanından özünüz check-in edə bilərsiniz.

  4. Gate və digər xırda detallar
    Check-in prosessindən sonra mütləq çıxış qapısının (gate) harada olduğunu dəqiqləşdirin. Əks halda mink başlanmasının elanı zamanı səhv qapıya yaxınlaşmağınız, səhv istiqamətə getməyiniz, səfərinizi ertələyə bilər. Heydər Əliyev adına Hava limanında bu problemlə çox rastlaşmayacaqsınız amma digər böyük aeroportlarda əmin olun ki, belə problemlərə tez-tez rast gəlinir. Neqativ hallarla qarşılaşmamağınız üçün yaxşı olar ki, öncədən çıxış qapısını təyin edib, yaxınlığında əyləşib, miniyin başlanmasını gözləyəsiniz.
  5. Təyyarə içində hərəkət
    Check-in talonunun üzərində təyyarədəki əyləşəcəyiniz yer qeyd olunub. Çox yaxşı olar ki, təyyarəyə minən zaman öz yerinizə doğru hərəkət edib, talonunuzda qeyd edilən kresloda əyləşəsiniz. Yerləşmə zamanı etdiyiniz sürüşmə ümumilikdə təyyarənin gecikməsinə səbəb ola bilər.
    Uçuş zamanı təyyarə bələdçilərinə diqqətlə qulaq asıb, təhlükəsizliklə bağlı xəbərdarlıqlara əməl edin. Mobil telefonlarınızı və elektron cihazlarınızı söndürmək, həm sizin, həm də digər sərnişinlərin təhlükəsizliyi üçün önəmlidir.
  6. Qulaq batması və ağrısı
    Yerdən bir neçə yüz metr yuxarıya qalmağınız təzyiqin də artmasına səbəb olacaq. Müasir təyyarələrdə hər xırda detal nəzərə alınsa da, müvəqqəti qulaq ağrısı və tutulması baş verə bilir. Xüsusən bir saatdan artıq uçuşlarda tez-tez müşayiət olunur. Bu halda ağzınızı hərəkət etdirməyiniz məsləhətdir. Misal üçün saqqız çeynəmək də sizə kömək ola bilər.
  7. Kitab oxumaq
    Təyyarə ilə səyahət zamanı pəncərədən baxmağın özü xüsusi zövq və həyəcan verir. Lakin, 15-20 dəqiqədən sonra pəncərədən baxmaq o qədər də maraqlı olmaya bilər. Bir müddət uçduqdan sonra darıxmağınız təəccüblü olmayacaqdır. Bunun üçün sizə məsləhətimiz özünüzlə təyyarə salonuna kitab aparmağınız olacaqdır. Kitab götürməyi unutmusunuzsa kreslo arxasındakı jurnallar da köməyinizə gələcəkdir.

Sizə xoş səyahət və uğurlu yollar arzu edirik.