Təyyarədə rüşvət?!

stüardessalar

Belə bir fikir var ki, bort bələdçilərinə bəxşiş vermək qəbul edilməzdir və bu addım ilə siz bort heyətini bilmədən təhqir edə bilərsiniz.

Bu peşə xidmət kateqoriyasına (ofisiant və ya taksi sürücüsü) aid deyil. Stüardların əsas vəzifəsi – uçuşların təhlükəsizliyini təmin etməkdir. Lakin rahat uçuşa görə niyə də “xüsusi təşəkkür” qəbul edilməsin?

Biznes-sinfində ekonom qiymət

Əgər siz zəngin iş adamı deyilsinizsə və təyyarədə şirkət hesabına uçmursunuzsa, bu zaman hətta ekonom-sinifin qiymətləri belə sizə çox bahalı görünəcək. Amma buna baxmayaraq, adam rahat oturacaqlarda oturmaq, ürəyi istədiyini sifariş etmək istəyir. Bu zaman stüardessalar reysin yüklülüyünü qiymətləndirir, və əgər bortda sıxlıq yoxdursa siz bortun əməkdaşına “təşəkkür edərək” biznes-sinfinə keçə bilərsiniz.

Kuryer sifariş etmisiz?

Başqa ölkələrdən malların çatdırılması – stüardessalara qarşı ən populyar müraciət növüdür. Belə ki, xüsusi “hörmət” aldıqdan sonra bort heyəti bu əşyaları özlərinin şəxsi əşyası kimi qeydə alıb təyyarənin salonunda daşınmasına razılıq verir.

Sakitçilik – puldur

Bəzən hətta dördsaatlıq uçuş ərzində belə insan yuxuya gedə bilmir. Çox yorulduğunuzu və yatmaq istədiyinizi bort bələdçilərinə uçuşdan əvvəl bildirin. Əgər sizin müraciətiniz unudulmayıbsa, siz təyyarənin artıq yerə endiyindən sonra əməkdaşlara bəxşiş verə bilərsiniz.

Yeyib içənlər

Bütün aviaşirkətlər 3 saatadək davam edən reyslərdə içkilər və soyuq qəlyanaltılar, daha uzun müddətli uçuşlarda isə isti yeməklər təklif edirlər.

Adətən, qısa reyslər zamanı bir çoxları yeməkdən imtina edir və içkilərə üstünlük verirlər. Bundan başqa, borta hər zaman ehtiyat üçün əlavə porsiyalarda yüklənilir. Belə ki, siz bort bələdçilərindən rahat şəkildə və tamamilə pulsuz əlavə pay istəyə bilərsiniz.

Uzunmüddətli uçuşlar zamanı (8 və daha çox saat) tamam başqa mənzərə yaranır. Bu reyslərdə adətən iki dəfə yemək verilir, və təcrübə göstərir bu çox vaxt kifayət etmir. Acan sərnişinlər o qədər çox olur ki, yemək hər kəsə çatmır. Buna görə, əlavə pay – ya zamanında ilk müraciət edənlərə, ya da “hörmət” edənlərə düşür.

Yeni səyahət edənlər üçün bir neçə məsləhətlər

  • Bəxşişin məbləği adətən 20, 50, 100 $ nominallı bir əskinasa bərabər olur.
  • Çox ehtimal ki, bəxşişi yalnız xoş əhval-ruhiyyədə olan işçilər götürəcəklər. Digərləri bu addıma aqressiv cavab verə bilərlər.
  • Rüşvətin də öz mövsümü var – noyabr ayından mart ayınadək. Bu dövrdə iş azaldığından gəlirdə azalır, və bu səbəbdən işçilər daha yumşaq olur.
  • Bəxşişi siz təyyarədən enəndə bir başa stüarda verə, xidmət zamanı məcməyinin üzərinə qoya, və ya “özüm ilə şirniyyat götürməmişəm… buna özünüzə şirni alarsız” kimi cümlələrdən istifadə edərək verə bilərsiniz.