261/2004 Nömrəli Avropa Parlamenti və Şurasının qərarına görə səyahətiniz gecikdiyi təqdirdə, biletin qiymətindən asılı olmayaraq təzminat almaq hüququnuz var.
Təyyarə ilə səyahətiniz zamanı əgər aviaşirkətin təqsirindən uçuşun gecikməsi, ləğv edilməsi və ya overbooking halları baş verərsə, 250€-600€-ya qədər təzminat almaq mümkündür…
Ödəniləcək məbləğ uçuş məsafəsi və gecikmə müddətindən asılı olaraq dəyişir.
Təzminat üçün aşağıdakı şərtlər uyğun olmalıdır.
Aşağıdakı bəndlər təzminat müraciəti üçün istisnadır:
Sərnişin haqları
Təzminat, gecikmə yaşamış sərnişinlərə şirkət tərəfindən təmin edilən əlavə xidmətdir. Əgər gecikmə yaşamısınızsa, hava yolu şirkəti sizi aşağıdakılarla təmin etməlidir:
Aşağıdakı vəziyyətlərdə təzminat ala bilməzsiniz
Uçuş aviaşirkətdən asılı olmayan səbəblərdən baş tutmuşsa, aviaşirkət sərnişinlərə aşağıdakıları təklif etməlidir:
Overbooking
Heç kəsə sirr deyil ki, aviaşirkətlər, hər uçuşda gecikən, gəlməyən sərnişinlər səbəbindən təyyarədəki yerlərdən daha çox aviabilet satışı gerçəkləşdirirlər. Overbooking zamanı ilkin olaraq mənfəətləri qarşılığında brondan imtina edəcək könüllü sərnişinlərlə danışıqlar aparılır. Aviaşirkətlər aşağıdakı şərtlərdən birini təklif etməlidir:
Reysin dəyişilməsinə razı olan sərnişinlər üçün aviaşirkətlər növbəti uçuşa qədər aşağıdakı xidmətləri öz üzərinə götürür:
Overbooking səbəbindən brondan imtina etdiyiniz təqdirdə, əlavə olaraq hər sərnişin üçün 250-600€ təzminat və biletin tam qiymətini geri ala bilərsiniz.
Qeyd: Xidmət pulsuzdur. Təzminat müraciəti uğurlu olarsa şirkət qazanılmış məbləğin 25%-ni hüquqi xidmət haqqı olaraq əldə edəcəkdir.