Aybilet.az logo

Transfer xidməti

Hava limanınından qalacağınız otelə qədər biz aparaq...

Hava limanından təyinat yerinə taksi hər zaman baha, imkanlarına görə isə uyğun seçim deyil. Hava limanından vtobuslardan istifadə seçimi isə uzun gecikmələr və naməlum şəhərdə itmək ehtimalı ilə dolu ola bilər. Aybilet.az sizə transfer xidmətini təklif edir. Bu xidmət vasitəsi ilə hava limanından otelinizə və ya əks istiqamətdə, müxtəlif təyinatlı – Sedan, miniven, luks avtomobillərlə hərəkət edə  bilərsiniz.

175 Ölkədə

Qiymətlər sondur və əlavə gizli ödəniş yoxdur

297500 şəhərdə

Uçuş gecikirsə, sizi gözləyirik

3500 hava limanında

Gözləmək qiymətə daxildir

Sifarişinizdən sonra biz sizə görüş nöqtəsi sxemi, sürücü və nəqliyyat şirkətinin əlaqələrini təqdim edəcəyik. Sürücünüzü görmürsünüzsə, daşıyıcı və sürücü ilə əlaqə saxlamaq üçün telefon nömrələrini qeyd edəcəyik (WeChat / WhatsApp / Viber). Göstərilən nömrələrə zəng edərək, çek nömrəsini və soyadınızı verməklə, hərəkətlərinizlə bağlı təlimat alacaqsınız. 

Avtomobillərin sayı, məsələn, təyyarədəki yer kimi məhduddur. Öncədən bron etmə, hava limanına gəldikdən sonra sizi gözləyən avtomobilə minəcəyinizə və lazımsız gecikmələr olmadan yola düşəcəyinizə zəmanətdir. Erkən bron, həm avtomobil növü, həm də qiymətlərdə bir o qədər çox seçim imkanı verir.

Uçuş ləğv edilərsə və ya uçuş gecikərsə nə etməli?

Hər bir avtomobilin təsviri nəqliyyat şirkətini müştərini nə qədər gözlədiyini göstərir.

Uçuş müəyyən edilmiş gözləmə müddətindən çox gecikirsə, çekdə göstərilən + WeChat / WhatsApp / Viber telefonları ilə birbaşa nəqliyyat şirkəti ilə əlaqə saxlamalısınız. Ləğv etmə şərtləri sifarişdə göstərilir.

 

Transfer qiymətinə nə daxildir?

Transfer qiyməti tam və yekundur – sürücülü avtomobil, hava limanında gözləmə və qarşılama, bütün vergi ödənişləri, parkinq, yanacaq, ödənişli yollar daxildir.

Qiymət qeyd etdiyiniz şərtlərə uyğun təqdim edilir: marşrut (haradan və haraya), reysin gəliş/gediş tarixi və vaxtı, sərnişinlərin (böyüklər, uşaqlar) sayı və baqajı.

Taksi yoxsa transfer. Hansını seçmək daha yaxşıdır?

Transfer seçməyin aşağıdakı üstünkükləri var:

  • Yerli dil tanış deyilsə. Transfer sifariş edərkən, sürücü sifariş üçün göstərişlər alır və ona heç nə izah etməyə ehtiyac yoxdur. Həmçinin öz dilinizdə danışan sürücü seçə bilərsiniz.
  • Yerli valyuta yoxdursa, transfer xidməti zamanı, rahat valyuta seçə bilərsiniz və sifariş qiyməti sondur.
  • Taksi dayanacağı tapmaq, avtomobil gözləmək vaxt tələb edir. Transfer zamanı hava yolunda və ya oteldə sürücülü avtomobobil sizi gözləyir. Oturdunuz və getdiniz
  • Sərnişinlərin, uşaqların sayı, qeyri-standart baqaj və ya onun miqdarı zamanı. Müxtəlif sərnişin və baqaj tutumlu avtomobillər seçiminə malikdir.
  • Müəyyən sinif və vəziyyətdə avtomobil lazımdır: biznes, premium, lüks və istehsal ili … bizdə avtomobilin marka, model, istehsal ili seçimi mümkündür.