Aybilet.az logo
Türk Hava Yolları

“Türk Hava Yolları” yanvarda rekord sayda sərnişinə xidmət göstərib

Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

Cari ilin ötən ayında “Türk Hava Yolları” aviaşirkəti bütün yanvar ayları üzrə yüklənmə səviyyəsinin rekord göstəricisinə müvəffəq olub – 79,8%. Şirkət tərəfindən daşınan sərnişinlərin sayı əvvəlki ilin analoji ayı ilə müqayisədə 37% artaraq 5,7 milyona çatıb. Beləliklə, yanvar ayında “Türk Hava Yolları”nın tarixində ilk dəfə olaraq 5 milyondan çox sərnişin daşınıb.

Səyahət edəcəyiniz uçuş tarixini seçib, axtar düyməsini sıxın

[tp_search_shortcodes slug=”1a1b9da9″ origin=”BAK” destination=”IST” hotel_city=”Istanbul, Turkey, 4293, 2764, city, Turkey” type=”avia_hotel” subid=”2025″]

Yanvar ayında aviareyslərin ümumi yüklənmə səviyyəsi 7,3 faiz bəndi artaraq 79,8%-ə çatıb, kreslo-kilometrlərin sayı 17% artıb, beynəlxalq aviareyslərdə yüklənmə səviyyəsi isə 7,5 faiz bəndi artaraq 78,6% təşkil edib. Həm daxili, həm də beynəlxalq reyslərdə yüklənmə səviyyəsi “Türk Hava Yolları”nın tarixində rekorda çatıb.

Ötən ilin iyul ayında başlayan tələbatın ikirəqəmli artımı yanvarda 29%-lik artım ilə davam edib.

Beynəlxalq aviareyslər üzrə sərnişindaşıma 45% artlb (tranzit sərnişinlər istisna olmaqla).

Yanvar ayında daşınan yüklərin/poçtun həcmi əvvəlki ilin analoji ayı ilə müqayisədə 34% artıb. Artım əsasən Yaxın Şərq (45%), daxili reyslər (44%) və Avropanın (39%) hesabına baş verib.

Reyslərin yüklənmə səviyyəsi bütün regionlar üzrə artıb. Şimali Amerika, Yaxın Şərq, Mərkəzi Amerika, Cənubi Amerika və Afrika müvafiq olaraq 13 faiz bəndi, 1 faiz bəndi, 9 faiz bəndi və 8 faiz bəndi artıb.

Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT

istanbul

Əfsanəvi İstanbul

İstanbul öz gözəçarpan təbii gözəlliyi, tarixi abidələri və bu iki meyyarı özündə mükəmməl şəkildə birləşdirə bilən çox əhəmiyyətli və məşhur metropolisdir. Qədim

Ətraflı »