Uçuş zamanı sərnişinləri qıcıqlandıran 7 şey

sərnişinlər

Analitiklər 20000 nəfər arasında aparılan sorğunun nəticələrinə görə uçuş zamanı sərnişinlərin xoşuna gələn və gəlməyən şeylərin statistikasını təqdim edib.

Sərnişinlərin nə xoşuna gəlir?

Sərnişinlər ən çox pilotların və ekipajların peşəkarlıqlarını qiymətləndirirlər. Havada komfort və təhlükəsizlik hissi yaxşı uçuşun əsas şərtidir. Bundan əlavə təyyarələrin yeni olması da müsbət haldır. Onlayn-qeydiyyat vaxta qənaət deməkdir. Belə xidmət çoxlarının rəğbətini qazanır. Göyərtədə dadlı yeməyin olması da yüksək qiymətləndirilir.

Bort bələdçiləri uşaqların qayğısına qaldıqda, onlara hədiyyələr verdikdə, yeməklərini qızdırdıqda valideynlər minnətdar olurlar. Daşıyıcılar qaydalara riayət edirlərsə və gözləmə zamanı yemək verirlərsə sərnişinlər obyektiv səbəblərə görə gecikmələrə düşüncəli yanaşırlar. Pilotun standart proqramdan kənara çıxıb uçuş zamanı nə isə maraqlı və gülməli bir şey danışmağı çoxlarının xoşuna gəlir. Gözəl və mehriban stüardessalar da xoş təəssürat yaradırlar.

Nəticə:

  1. Uçuşların təhlükəsizliyi və pilotlatın peşəkarlığı;
  2. Pilotlardan qeyri-standat hərəkətlər;
  3. Yeni təyyarələr;
  4. Onlayn-qeydiyyat;
  5. Dadlı yemək;
  6. Uşaqlara diqqət;
  7. Mehriban stüardessalar;
  8. Multimedia sistemi;
  9. Cədvələ riayət;

Sərnişinlərin nə xoşuna gəlmir?

Opponentlər daşıyıcıların reytinqlərini artırmaq üçün diqqət yetirməli olduğu 7 bəndi qeydə alıblar. Son zamanlar trend olmuş baqajsız tariflər əvvəlki kimi sərnişinləri qıcıqlandırır.

Çoxları həm də yeməyin və onlayn-qeydiyyatın olmamasından, həmçinin köhnə təyyarələrdən şikayətlənir.

Beləliklə, nəticə:

  1. Baqajsız tariflər;
  2. Yeməyin zəif olması və ya heç olmaması;
  3. Uzun gecikmələr;
  4. Baqajın itməsi;
  5. Darısqal və köhnə təyyarələr;
  6. Laqeyd bort bələdçilər;
  7. Onlayn-qeydiyyatın olmaması;