Vakansiyalar

Turizm üzrə mütəxəssis

İş barədə məlumat

Otellərin rezervasiyasının təşkil edilməsi;
Turizm məhsulunun (turpaketlərin) satışının təşkil olunması;
Müxtəlif istiqamətlər üzrə fərdi və ya qrup turlarının hazırlanması üzrə təkliflərin hazırlanması və həyata keçirilməsi;
Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;
Otellərin və biletlərin bronlaşdırılması;
Mövsümə və tələbə uyğun turların axtarılması;
Ən uyğun marşrut və qiymətin müəyyən edilməsi;
Müştəriyə viza dəstəyinin göstərilməsi.
Vəzifəyə dair tələblər:

İngilis (orta) və rus (yüksək) dillərində danışıq və yazı bacarığı;
MS Office proqramlarında sərbəst işləmə bacarığı;
Turizm məhsulunun (turpaketlərin) satışı sahəsində iş təcrübəsi;
Turizm sahəsində ən azı 1 – 3 il iş təcrübəsinə malik olması;
İşinə dair məsuliyyətli və diqqətli olmalı.
Gülərüz və özünə qarşı tələbkar olmalı.
Vaxtın idarəolunması bacarığına malik olması.
İş qrafiki: 6 günlük

Əməkhaqqı: 500 AZN + Bonus

CV-lərinizi vakansiya ƏT aybilet.az ünvanına “Turizm üzrə mütəxəssis” başlığı ilə göndərməyinizi və ya sağ sütundakı bölümdən müraciət etməyinizi xahiş edirik.

Nəzərinizə çatdırırıq ki, yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.