Aybilet.az logo
Search
Close this search box.

Hava limanında VIP xidmətlər

Bütün hava limanlarında VIP-zallar, biznes-zallar və fast track xidmətləri

Sistemimiz dünyanın 800-dən çox hava limanına xidmət göstərir.

VIP salon xidmətləri nəyə lazımdır?

Hər dəqiqənin dəyərli olduğu müasir dünyada hava limanında VİP xidmətlərin istifadəsi sərnişinlərin vaxtına qənaət, geniş xidmət çeşidini əldə etmək və rahat mühitində vaxt keçirmək imkanı verir. VIP salonlar, öz vaxtını dəyərləndirən və rahatlıq və prestijinə önəm verən sərnişinlər üçün ideal həll yoludur.

Hava limanlarında VIP xidmətlərin növləri

Fast track

Bir sıra hava limanlarında sərnişinlərə hava limanında sürətli keçid xidməti göstərilir. Bunlar - uçuşa qeydiyyat, gömrük və sərhəd nəzarəti. Bütün hava limanları belə bir xidmət göstərmir, lakin onun mövcud olduğu yerlərdə ona davamlı olaraq yüksək tələbat var, çünki bu, çox vaxta qənaət etməklə yanaşı həm də prestij göstəricisidir.

Meet & Assist

Bəzi sərnişinlər üçün hava limanı və oradakı proseduralar çox qarışıq gəlir. Bunlara düzgün qeydiyyat masasının tapılması, terminal çıxışı, baqajın ötürülməsi və s. daxildir. Meet & Assist xidmətindən istifadə zamanı hava limanının əməkdaşı, səyahətin bütün mərhələlərində sərnişini müşayiət edir. Xidmət eləcə də yaşlılar və ya müşayiət olunmayan uşaqlar, xarici dilləri zəif bilən insanlar, əlillər üçün faydalıdır.

Biznes zallar

VIP zal xidmətindən istifadə edən sərnişinlər, hava limanının bütün mərhələlərində və eləcə də, təyyarəyə qədər xüsusi əməkdaşın köməyi ilə müşayiət olunur. Business lounge yalnız ayrıca komfortlu salonda uçuşunuzu gözləmək xidmətini təqdim edir. Biznes salonları gömrük zonalarının arxasında, hava limanlarının neytral zonalarında yerləşir, bütün rəsmi keçid proseduraları isə sərnişinlər tərəfindən təkbaşına həyata keçirilir.

VIP xidmətlərin üstünlükləri

Yaxşı şeylərə tez öyrəşirsən. Bu ifadəni VIP salonların xidmətindən istifadə edən sərnişinlər haqqında da demək olar. Çətin ki, bir dəfə VİP zal xidmətindən istifadə edən qonaq, növbəti uçuşunda çətin ki, standart qaydada keçmək istəsin. Standart qaydada uçuşa 3 saat əvvəl gəlib bütün lazımi rəsmiyyətlərdən keçmək və gözləmə zalında yer axtarmaq lazımdır.

Məhz buna görə də sərnişinlər VIP zal xidmətlərinə müraciət edirlər. Axı VIP salon sadəcə uçuşunuzu gözləyərkən rahat otura biləcəyiniz yer deyil. VIP-zal müştərinin bütün zəruri ehtiyaclarını ödəməyə yönəlmiş müxtəlif xidmətlərin bütöv bir kompleksidir.

VIP zalın qonaqlarına açılan imkanların siyahısı arasında aşağıdakıları qeyd etmək olar:

  • Kondisioner, televizor, pulsuz internet və yumşaq mebel ilə təchiz olunmuş rahat istirahət zonalarında yerləşmə.
  • VIP salon qonaqları üçün uçuşa və baqaj qeydiyyat masaları.
  • İşgüzar görüşlər və danışıqlar üçün hər cür şərait, o cümlədən ofis avadanlıqları ilə təminat.
  • Həm daxili, həm də beynəlxalq uçuşlar üçün lazımi rəsmiləşdirmələrin aparılmasında köməklik.
  • VIP qonaqlar üçün ayrıca parkinq sahəsi.
  • Bar və restoranlardan yemək və içki sifariş etmək imkanı.
  • Sərnişini ayrı transferdə müşayiət etmək və qarşılamaq.

Bir çox VIP salonlar digər əlavə xidmətlər təqdim edir. Onlar haqqında menecerlərimizdən ətraflı öyrənə bilərsiniz.