Aybilet.az logo

Xankəndi

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on pinterest
Pinterest
Share on whatsapp
WhatsApp

Kiçik Qafqazın ən gözəl mənzərəli guşələrindən biri, DQMV-nin paytaxtıdır. 1988- ci il fevral ayının 6-da Xankəndində Dağlıq Qarabağın Azərbaycandan çıxarılaraq Ermənistana birləşdirilməsi haqqında ilk mitinqlər başladı. 1988-ci ilin sentyabrında paytaxtda yaşayan 12 min azərbaycanlı qovuldu.Bu hadisələrin ardınca Ermənistandan, daha doğrusu Qərbi Azərbaycandan yarım milyona yaxın azərbaycanlı öz ata-baba torpaqlarından deportasiya edilməyə başladı. Beləliklə, etnik zəmində başlayan problem tədricən müharibəyə çevrildi.

İŞĞAL TARIXI 26.12.1991

Arayış

Qarabağ silsiləsinin şərq yamacında, Qarqarçay vadisində salınıb. Ağdam dəmiryolu stansiyasından 26 km cənubda, Yevlax – Naxçıvan maşın yolunun üzərində yerləşir. Dağlıq Qarabağın sənaye mərkəzidir.

Tarixçə

1923 – cü ildə 26 Bakı komisarlarından biri, daşnak Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırılsa da, 1991-ci ildə tarixi adı özünə qaytarılıb. Tarixi qaynaqlar bizim eranın V əsrində ərazidə insan məskunlaşdığını göstərir. Qafqaz Albaniyasının tərkibində və daha sonra uzun əsrlər boyunca ərazidə hökm sürmüş müxtəlif dövlətlərin tərkibində yer alıb. XVIII əsrdən mövcud olan Qarabağ xanlığına tabe olub. Elə xanlıq dönəmində də, 1847 – ci ildə əraziyə rəsmən Xankəndi adı verilib. Şəhər kimi isə SSRİ dönəmində formalaşmağa başlayıb.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2343652582441466]

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on pinterest
Pinterest
Share on whatsapp
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT

istanbul

İstanbula 3 günlük səyahət

Əgər bu günə qədər sərbəst səyahət etməmisinizsə artıq bunu etməyin tam zamanıdır. Çamadanlarınızı hazırlayın İstanbula yollanırıq. Dil, din və mədəniyyət baxımından bizə

Ətraflı »