BƏƏ
BƏƏ-də yayda elə istilər olur ki, ancaq dəvələr dözə bilir. Bütün yay boyu yerli sakinlər kondisionerli yerdə gizlənirlər və ya başqa ölkələrə gedirlər. İyul və avqust aylarında havanın temperaturu Dubayda +49 °C-yə çatır. Dəniz adətən +30 °C-dən çox qızır, avqustda isə +37 °C-yə çatır. Belə suda çimmək xoş olmur, ultrabənövşəyi şüaların indeksi 11 olan çimərliklərdə isə qaralmaq ziyandır. BƏƏ-nə ən yaxşı oktyabr və noyabr aylarında getmək olar.
Hindistan
Hindistanda yay aylarında yağışlar və bürkü olur. İyul-avqustda Hindistanın mərkəzinə yağan güclü yağışlar tez-tez yolları dağıdır. Racastandakı məşhur turist rayonu Codxpur demək olar ki, hər yay az qala su altında qalır. Bundan əlavə, yağıntıların çoxluğundan çaylar sahilindən çıxa bilir, Qanq çayının sahilində yerləşən şəhərlərə çatmaq da mümkün olmur. Hindistana noyabr ayından aprel ayına qədər getmək daha məsləhətdir.
Kuba
Avqust-sentyabr aylarında Karib körfəzində qasırğa pik sezonuna çatır. Sezon ərzində küləyin sürəti 60 km/saata çatan 10-12 qasırğa olur, onların da yarısı sürəti 2 dəfə artıraraq tufana çevrilir. Kubada güclü qasırğalar əsl təbii fəlakətə yol aça bilir. Orada havalar həmişə pis olmasa da qasırğaya düşmə ehtimalı yüksək olur. Noyabr-mart aylarında Kubaya getmək daha məsləhətdir.
İspaniya
İspaniyada yayın sonlarında avqust ayında çoxlu adam olur. İspanların yazılmamış bir qanunu var – məzuniyyətə avqustda getmək. Turist zonalarında otellərin qiymətləri bir neçə dəfə artır, çoxlu kiçik kafe və mağazalar da bağlanır. Onların sahibləri özləri istirahətə gedirlər. İri ispan şəhərləri boşalsa da çimərliklərdə qaralmağa yer olmur. İspaniyaya ən yaxşı iyun, iyul və sentyabr aylarında getmək olar.
Misir
Yayda Misir ümumilikdə çimərlik istirahəti üçün əlverişlidir, sahilboyu iqlim çox yumşaqdır. Mərkəzi hissəsində isə temperatur iyundan avqusta qədər +40 °C-yə çatır. İlin bu vaxtı Luksor və ya Asuan şəhərlərinə getmək əsl dözümlülük sınağına çevrilir. Ölkənin daxilinə, səhraya getməyi ümumiyyətlə yaddan çıxarmaq lazımdır. Misir payız və yaz aylarında daha əlverişlidir.
Tailand
Yayda Tailandda Hindistanda olduğu kimi yağışlar çox olur. Amma o qədər də qorxulu deyil. Rütubətlilik səviyyəsi yerdən asılıdır. Bəzi kurortlarda buludlu səma və səhərlər yağış olur, bəzilərində isə su dizəcən çatır. Yağış daha çox Pxuket və Çanq adalarında, həmçinin Krabi əyalətində yağır, amma Samuidə iyundan avqusta qədər çox vaxt günəşli və quru olur. Yanvar-mart aylarında Tailanda getmək olar.
İordaniya
İordaniyada yayda dözülməz cəhənnəm istiləri olur. Vadi Ram səhrası və qayalı Petra şəhəri ən çox görülməli yer olsa da yayda bura gəlmək məsləhət deyil. İyul-avqust aylarında 40 °C-lik istidə qədim xarabalıqlar arasında gəzmək təkcə yorucu deyil, həm də sağlamlıq üçün təlükəlidir. Paytaxt Ammanda iqlim yumşaqdır, amma istilər də olur. Fevral-mart aylarında İordaniyada temperatur +30 °C-dən çox olmur. Bu vaxt gəlmək daha yaxşıdır.
Filippin
Filippində yağış sezonu iyunda başlayır və sentyabrda qurtarır. Güclü yağıntılar dənizi palçıqlı gölməçəyə çevirir. İyul-avqust aylarında tufanlar olur. Bütün tətil boyu oteldə qalmalı və ya reysin təxirə salınmasına görə aeroportda ilişməli olursunuz. Fevraldan aprelə qədər Filippinə getmək olar.
Türkiyə
Ramazan ayı yaya düşdükdə orucluqdan sonra Türkiyəyə getmək məsləhət deyil. Orucluq vaxtı müəssisələrin çoxu, kafelər və nəqliyyat yarım gün işləyir. Orucluq qurtardıqdan sonra isə dinindən asılı olmayaraq hər kəs istirahətə yollanır. Bu zaman otellərin qiyməti qalxır, aviabiletlər əvvəlcədən alınır, çimərliklər isə insanlarla dolu olur. Sentyabr və ya oktyabrda Türkiyəyə getmək ən yaxşıdır.
İtaliya
Hava şəraitinə görə İtaliyaya yayda getmək problem deyil. Çətinlik yalnız yayın sonlarında ola bilər. 15 avqustda bütün ölkə Ferraqosto bayramını qeyd edirlər. Bu zaman italyanların çoxu özlərinə istirahət verirlər. Bayramlarda nəhəng şəhərlər tərk edilir, kurortlar isə əksinə dolub-daşır. İyun, iyul və payızda İtaliyaya getmək daha əlverişlidir.