Aybilet.az logo

Yazın gəlişini kim necə qeyd edir?

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on pinterest
Pinterest
Share on whatsapp
WhatsApp

Torpağın və təbiətin oyanışını hələ qədim zamanlardan bütün xalqlar təmtəraqla qeyd ediblər. Hər xalq öz adət-ənənəsinə uyğun olaraq bu bayramı qeyd edir.

Xalqların ən-qeyri adi yaz qarşılama adətlərini təqdim edirik.

“Çin Min”

Çin

Çində yaz bayramını “Çin Min” adlandırırlar. Bu bayramda aprelin 1-4-də iş günü olmur. Bayram zamanı kağızdan ilan və ya əjdaha formasında çərpələng hazırlanır. Bundan başqa, kağızdan hazırlanmış xüsusi əşyalar yandırılır. Hətta bu bayramda pul yandıranlar da olur. Çinlilər hesab edir ki, yanmış kağız vəfat etmiş insanların dünyasına yol tapır.

“Falyas”

İspaniyada yazın gəlişi ilə bağlı bir neçə bayram var. Bunlardan biri və ən əsası Falyas bayramıdır. Bayram bütün ölkə boyu böyük təmtəraqla qeyd olunur. Ancaq Valensiyada bu bayram xüsusi izdihamla qeyd olunur.
İspaniyada bu bayrama od bayramı da deyilir. Bu bayramda çoxlu pirotexnika partladılır. Bayram tədbirlərinin sonunda isə nəhəng Falyas adlanan kuklalar yandırılır. Kuklaların hündürlüyü bəzən 20 metrə qədər olur. Falyas bayramı martın 15-19-da qeyd edilir.

“Xoli”


Xoli yaz bayramı Hindistanda qeyd olunur. Yazın gəlişi ilə əlaqədər olaraq insanlar bir-biririnə xüsusi rəngli tozlar atırlar. Hindistanda hesab edirlər ki, başqasına nə qədər çox bu rəngli tozlardan atsan o adama bir o qədər çox xoş arzu diləyirsən. Xoli bayramı 13 martda qeyd olunur.

“Çiçen-içe”

Meksikada da yaz bayramı xüsusi təmtəraqla keçirilir. Əsas bayram şənliyi qədim Maya sivilizasiyasının paytaxtında qeyd olunur. Meydana toplaşmış rəqqaslar milli geyimlərdə rəqs edirlər.

“Qukanna”


Belarusiyada martda Qukanna yaz bayramını qeyd edirlər. Həmçinin, bayram vaxtı evləri ağcaqayın ağaclarının budaqları ilə bəzəyirlər. Bayramın adı qədimdə yaz fəslində oxunan “Qu-qu-qu-qu” xalq mahnısından götürülüb. Bundan başqa, müxtəlif quş formalarında şirniyyatlar hazırlanır.

“Maifeiertag”

Almaniyada may ayı Maifeiertag adlı bayram ilə məşhurdur. Bayram gecəsi Valpurqiv adlanır. Bu gecə insanlar səhərə kimi yeyib içib cürbəcür xalq mahnıları oxuyurlar.

May ayında Almaniyada məşhur olan Maibaum ağacı bəzədilir. Keçmişdə Almaniyada bu bayram zamanı qonşular bir-birindən Maibaum ağacı oğurlayırlarmış. Daha sonra ən tez oğurluq edən şəxsə hədiyyələr verilərdi.

İndi isə bu bayram zamanı hamin ağaclar evləri və yarmarkaları bəzəyir.

“Yeni il”

Taylanda isə yazın gəlişini insanlar bir-birinə su atmaqla qeyd edirlər. İnsanlar ailəvi olaraq süfrə başına toplaşır və milli yeməklərdən dadırlar. Taylandlılar yazı, yeni ilin başlanğıcı hesab edirlər.

[td_smart_list_end]

Turizm.fins.az

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on pinterest
Pinterest
Share on whatsapp
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT

Batumi – “Qara Dənizin İncisi”

Batumi – böyüklüyünə görə Gürcüstanın ikinci şəhəridir. Qara Dəniz sahilinin cənub-qərbində yerləşən Batumi, müasir Gürcüstanın əsas turizm mərkəzidir. Şəhərin iqtisadiyyatının böyük hissəsi

Ətraflı »