Əgər ailə üzvlərinizin sayı iki nəfərdən artıqdırsa, bu zaman tətillər üçün səyahət planları qurmaq çox çətin məsələyə çevrilir. Kimlərsə aktiv istirahətə, digərləri isə sakit bayram abu-havasına üstünlük verir. Sizə unudulmaz bayramlar keçirmək üçün bir neçə şəhər barədə məlumat verəcəyik.
Münhen, Almaniya
Bu ailənizin tarixində ən gözəl Yeni il olacaq. Burada müxtəlif yarmarkalar, bayram dekorasiyaları sizi valeh edəcək. Bayram qabağı biletlər çox baha olduğu üçün tətilinizi bir az qabaqcadan planlaşdırmağa çalışın.
Bilmək faydalıdır:
- Dekabr ayının 26-dan 24-dək şəhərin demək olar ki, bütün muzeyləri bağlı olur.
- “Hellabrunn” heyvanxanasını ziyarət etmək sizin marağınıza səbəb olacaq.
- Almaniyanın yarmarkaları noyabrın 27-dən fəaliyyətə başlayır, dekabrın 25-də isə yavaş-yavaş bağlanırlar.
- Hava limanından şəhərin mərkəzinə taksi: 52.33 – 63.95 $
- Hava limanından şəhərin mərkəzinə şəhərkənarı qatar: 12,09 $
- Münhen metrosu/tramvayı: 3.02 – 6.05 $
- Ucuzvari səhər yeməyi: 4.65 – 8.14 $
- Ucuzvari nahar: 5.81 – 11.63 $
- Ucuzvari şam yeməyi: 8.14 – 17.44
Münhendə otellər
Amsterdam, Hollandiya
Amsterdamda Yeni ilin gəlişini mehriban kütlə ilə bir yerdə qeyd edirlər. Əgər siz çılğın mühitdə əylənməyi sevirsinizsə, bu zaman Dublinə yollana bilərsiniz.
Bilmək faydalıdır:
- Şəhər mərkəzi improvizə küçə əyləncələri üçün əla yerdir ki, burada siz xeyli yeni tanışlıqlar əldə edə bilərsiniz.
- Hava limanından şəhərin mərkəzinə taksi: 46.51 – 58.14 $
- Hava limanından şəhərin mərkəzinə şəhərkənarı qatar: 4.88 $
- Metro/tramvay: 3.02 – 6.05 $
- Ucuzvari səhər yeməyi: 3.49 – 6.98 $
- Ucuzvari nahar: 4.65 – 9.30 $
- Ucuzvari şam yeməyi: 6.98 – 11.63 $
- Kanallar üzrə kruiz: 16.86 $
Amsterdamda otellər
Tbilisi, Gürcüstan
Bu şəhər haqqında həyəcansız danışmaq çətindir. Burada Yer üzünün ən səmimi insanları yaşayır ki, onlar sizi turist kimi deyil, öz evlərinin qonağı kimi qarşılayırlar. Gürcüstanda ən dadlı çaxırlar və ən səmimi abu-hava var ki, burada keçirilən bayramı siz illərnən unutmayacaqsınız.
Əyləncə:
- Restoranlarda əylənmək,
- Milli musiqinin sədaları altında rəqs etmək,
- Hamama gedmək,
- Kazbeqini ziyarət etmək.
Tbilisidə otellər
Çeski-Krumlov, Çexiya
Çeski-Krumlov – bayramlarda gözəl və təntənəli görünən nağıllara bənzər balaca şəhərdir. Şəhər layiqli olaraq YUNESKO-nun dünya irsi siyahısına daxildir. Əminik ki, Çeski-Krumlovda keçirəcəyiniz günlər sizin üçün yüksək səviyyəli mədəni tədbir olacaq.
Bilmək faydalıdır:
- Burada siz pivənin hazırlanmasının və istifadəsinin bütün aspektlərini öyrənə bilərsiniz
- Şəhərin qotik üslübda olan memarlıq nümunələrini müşahidə edin
- Milli şirniyyatlardan dadın
- Praqadan qatar: 9.07 $
- Hava limanından şəhərin mərkəzinə qatar: 4.88 $
- Ucuzvari səhər yeməyi: 2.72 – 4.53 $
- Ucuzvari nahar: 3.63 – 6.35 $
- Ucuzvari şam yeməyi: 4.53 – 9.07 $
- Kanallar üzrə kruiz: 16.86 $
Çeski-Krumlov-da otellər
Brügge, Belçika
Ailənizlə bir yerdə kiçik Belçikada çox əylənəcəksiniz. Bundan əlavə, burada siz bütün dünyada məşhur olan əsl belçika şokoladının və pivəsinin dadına baxmaq imkanı qazanacaqsınız.
Bilmək faydalıdır:
- Ucuzvari səhər yeməyi: 4.65 – 8.14 $
- Ucuzvari nahar: 5.81 – 9.30 $
- Ucuzvari şam yeməyi: 9.30 – 17.44 $
- Qayıqlarla kruiz: 8.84 $
- Brüsseldən Brüggeyə qatar: 11.16 – 22.33 $
Brügge-də otellər
Tomsk, Rusiya
Sibirdə Yeni il – cəsarətli və unudulmaz bir bayram keçirmək istəyənlər üçün əla fürsətdir. Sirr deyil ki, Russiyada Yeni ilin gəlişi xüsusi təntənə ilə qeyd olunur. Bu səbəbdən Russiyanın istənilən şəhərində siz xüsusi bayram abu-havasını yaşayacaqsınız.
Əyləncə və faydalı məlumat:
- “Krüqer” zavodunu ziyarət edin.
- Dələləri yemləyin.
- Tozağacı qabığından olan əl işləri muzeyini ziyarət edin.
- Hava limanından mərkəzə qədər taksi: 5.3 – 17.6 $
- Səhər yeməyi/Nahar/Şam yeməyi: 2 – 9 $
Tomskda otellər