Yunanıstanın 10 ən gözəl adası

Kefaloniya

Mikonos

MikonosQədim yunanlar adanı Apollonun nəvəsi yerli hökmdar Mikonosun şərəfinə adlandırıblar. Müasir Mikonosda yay günlərində gənclər çimərliklərə axışır, gecələrsə musiqi səhərə qədər susmayan klublara yığışırlar. İyul-avqust aylarında burada italyan turistlərin əlindən gəzmək olmur, digər vaxtlarda isə ada sakit olur. Mikonosda cənnət çimərliklər məhz elə belə də adlanır – Paradise Beach və Super Paradise Beach.

Paros

ParosQədim zamanlarda ada Yunanıstanda ən yaxşı ağ Paros mərməri hasilatının hesabına varlanmışdır. Mərmər şaxtaları çoxdan tərk edilib və bu gün Paros turizmin hesabına yaşayır. Ada qonşu Mikonos və Naksos adaları kimi dolu və səs-küylü deyil. Ona görə də Paros çimərlikləri uşaqlarla birlikdə sakit istirahət üçün əlverişlidir. Adanın ən tənha və sakit çimərliklərindən biri şimalda Nausa kəndindən 5 km məsafədə yerləşən Ambelas çimərliyidir.

Rodos

RodosBizim eraya qədər Rodos qədim dünyanın 7 möcüzəsindən birinin nəhəng Helios abidəsi burada yerləşirdi. Bura Türkiyənin ən yaxşı çimərliklərindən biri Fəthiyə yaxınlığında Ölü dəniz su hövzəsinə çox yaxındır. Rodosun zəngin və şanlı tarixi və çoxlu görməli yerləri var. Müqəddəs Pavel qapalı buxtasında gölə oxşayan çimərlik yeni evlənənlər üçün çox məşhurdur. Çoxları bura bal ayına gəlir. Bəziləri isə elə buradaca təpədəki kiçik ağ kilsədə evlənirlər.

Naksos

NaksosMüasir Naksos cirə uzosu, sitron likörü və zeytun və əncir ağaclarının kölgəsində kiçik Bizans kilsələri ilə seçilir. Hələ 150 il bundan əvvəl sitron likörünü ada sakinləri dünyanın bir çox ölkələrinə satırmışlar. Müqəddəs Prokopiya körfəzindəki çimərliyin ən yaxşı çimərlik hesab edilməsi üçün hər şeyi var – qızılı qum, firuzəyi dəniz və s..

Skiatos

SkiatosNə vaxtsa ada dolayısı ilə olsa da çar Leonidə və 300 spartalıya kömək etmişdir. Ksreksin donanması adanın sahillərində fəlakətə uğrayır, nəticədə yunanlar İran ordusunun təchizat yolunu kəsə bilir. Skiatos 2008-ci ildə adada çəkilən “Mamma Mia!” filmi çıxdıqdan sonra qəflətən məşhur oldu. O vaxtdan hər yay buraya ABBA qrupunun fanatları və sadə romantiklər axışmağa başlayıb. Şəffaf sulu mənzərəli laqunada Ağ qumlu Aselinos çimərliyi adada ən yaxşı çimərlikdir. Burada cəmi bir otel və bir neçə kirayəlik villa var. Ona görə də çimərlikdə sezonun pik vaxtında belə çox adam olmur.

Milos

MilosƏfsanəyə görə digər Kikland adaları kimi Milos da Egey dənizində Poseydonun əmri ilə yaranmışdır. Adada Yunanıstanın 8 vulkanından biri yerləşir. Vulkan yatmışdır, ona görə də narahatçılığa əsas yoxdur. Sakitcə möhtəşəm mənzərə və ağ qayalar əhatəsində çimərliklərdən zövq almaq olar. Adadakı Palioxori çimərliyi bəlkə də Yunanıstanın ən parlaq çimərliyidir.

Korfu

KorfuKerkir və ya Korfu adası Herakl, Odissey və arqonavtlar kimi əfsanəvi qəhrəmanlarla bağlıdır. Korfu hər zaman məşhur olub və əsrlər boyu tanınmış adamlar burada yaşayıb. İndi ada paket turizminin hökmünə verilib və sezonun pik vaxtında məşhur çimərliklərdə çoxlu adam olur. Korfu adasına adi vaxtlarda heç olmasa Paleokastritsa şəhərindəki çimərliyin gözəlliyindən həzz almaq üçün gəlmək olar.

Kefaloniya

Kefaloniyaİon dənizindəki bu ada yunan miflərinin nadir qəhrəmanlarından biri Kefalın şərəfinə adlandırılıb. Kefaloniyada gözəl yerlər çoxdur. Mənzərəli Asos və Fiskardo kəndlərində olmaq, dərin meşə mağarasında mavi Melissani gölünü qayıqla keçmək nəyə desən dəyər. Yunanların özləri Mirtos çimərliyini Kefaloniyada ən gözəl çimərlik hesab edirlər.

Krit

KefaloniyaYunanıstanın nəhəng adasının əfsanəvi tarixi çox zəngindir. Krit adasını ayrıca ölkə olmağa namizəd hesab etmək olar. Dağlar və göllər, dərə və mağaralar, maraqlı muzeylər və qədim xarabalıqlar – burada görməli yerlər çoxdur. Adanın cənubundakı Matala kəndinin çimərliyi dünyada ən yaxşı tarixi muzeydir. Burada həm isti qumda qaralmaq, eyni zamanda Neolit dövrünün qədim mağara şəbəkələrina baxmaq olar.

Zakinf

ZakinfHomerin dediyinə görə Zakinf adası Odisseyin krallığının bir hissəsi olub və adanın döyüşçüləri Troyaya qarşı onun rəhbərliyi altında yürüşə çıxıb. Ada əsrarəngiz mavi mağaralar şəbəkəsi – qrotlarla fərqlənir. Mağaralara ancaq qayıqla getmək olar və orada ağ qayaların əksi təmiz mavi suda möhtəşəm mənzərələr yaradır. Adanın demək olar ki, bütün sahilləri qrotlara kəsilib, amma ən mənzərəli mağaralar Skinariya kəndində yerləşir. Zakinfin ən dəbdəbəli çimərliyi onun özündə yox ondan bir neçə km aralı kiçik Maratonisi adasında mənzərəli laqunada qoruq zonasının ortasında yerləşir.