Təhlükəsizlik məsələləri və turistlərə ilk tibbi yardımın göstərilməsi məsələləri ilə məşğul olan “International SOS” adlı beynəlxalq şirkətin ekspertləri 2018-ci ildə səyahətçilər üçün ən təhlükəli olan ölkələrin xəritəsini tərtib edib.
Təhlükəsizliyin orta səviyyəsi və sağlamlıq sahəsində risk dərəcəsi sürətlə dəyişən ölkələrə Rusiya, Qazaxıstan, Braziliya və Hindistan (ərazisinin böyük hissəsi) daxildir. Ekspertlərin fikrinə görə bu ölkələrdə vaxtaşırı siyasi qeyri-sabitlik, terror aktları və sərt etirazlar yer alır. Bundan başqa yerli vətəndaşların, irqçilərin və dini fanatiklərin hərəkətləri turistlərə ziyan vura bilər. Polislərin işi isə müxtəlif regionlarda fərqli qiymətləndirilir.
Kompaniyanın saytında risklərin interaktiv xəritəsi dərc edilib ki, müxtəlif sahələrdə səyahətçilər üçün təhlükəsizlik səviyyəsi öz əksini tapıb. Xəritə 2017-ci il noyabrın 17-də yenilənib.
Səyahətçilər üçün ən təhlükəsiz ölkələr kimi Danimarka, İslandiya, Norveç, Finlandiya, Lüksemburq, Sloveniya və İsveçrə qeyd edilir. Siyahıda ən təhlükəli ölkələr kimi Əfqanıstan, Suriya, Liviya, Yəmən, Mali, Mərkəzi Afrika Respublikası, Cənubi Sudan, Somali, Donetsk, Luqansk yer alır.
Həmçinin “çox yüksək riskli” ölkələrdə var ki, bura Afrikanın əksər ölkələri, Vyetnam, Qazaxıstan, Tailand və Səudiyyə Ərəbistan eləcə də Qəzza sektoru yer alır.
Risklərin interaktiv xəritəsi