Aybilet.az logo
Search
Close this search box.

Tez-Tez verilən suallar

Necə almaq olar?

Təyin etdiyiniz uçuş tarixininə və saatına uyğun aviabiletləri plastik kartınızla online ala bilərsiniz. Partnyorluq etdiyimiz böyük saytların hamısı təsdiqlənmiş, bu sahədə lisenziyası olan şirkətlərdir.

Bronlama və alış haqqında ətraflı məlumatı video çarxdan əldə edə bilərsiniz

Elektron bilet nədir?
Saytımızda axtarış edib, aldığınız aviabiletlər, elektron aviabilet və ya digər adı ilə e-ticket adlanırlar. Elektron aviabilet, hava nəqliyyatında sərnişin və ya yükün daşınması üçün bağlanmış müqavilənin elektron sənədidir. Bu elektron qəbz, özündə marşrut haqqında dolğun informasiyanı – biletin qiyməti, uçuş tarixi və saatı, səyahəti təşkil edəcək aviaşirkət, yük daşıma şərtləri və s. məlumatları tam ehtiva edir.
Niyə başqa saytlara yönəlir?

Saytımız birbaşa satış etmir. AyBilet.az-ın, əsas iş prinsipi sizin üçün 728 aviaşirkət, 5 bronlama sistemi və 40 agentlikdən ən ucuz aviabiletləri sizin üçün ən ucuz aviabiletləri taparaq, əməkdaşlıq etdiyimiz şirkətlərə istiqamətləndirməkdir.

 

Baqaj qiymətə daxildirmi?
Təklif edilən biletlərdə baqaj şərtləri və uçuş haqqında ətraflı məlumat (hansı aeroporta enəcəyi, uçuşun birbaşa olub-olmamağı, əl yükü və ya əsas baqajın qiymətə daxil olub-olmadığı) sağ üst küncdə qeyd edilir.

Tez-tez verilən digər suallar