Aybilet.az logo
23 ən gülünc turist şikayətləri

23 ən gülünc turist şikayətləri

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on pinterest
Pinterest
Share on whatsapp
WhatsApp

Gustave Flaubert  deyirdi : “Səyahət bizə daha təvazökar olmağı öyrədir. Hər birimiz insan səhrasında kiçik bir qum dənəsiyik. ” Yazıçı hardasa haqlıdır: səyahət bizə dünyaya və oradakı yerimizə yeni bir nəzər salmağa kömək edir.

Sizin üçün internetdən turistlərin ən gülməli şikayətlərini topladıq:

  1. Nişanlımla iki yataqlı otaq sifariş etmişdim. Bunun əvəzinə bizi king-size yatağı olan otaqda yerləşdirdilər. İndi hamiləyəm. İstədiyimiz nömrəni versəydilər bu baş verməzdi.
  2. Yamaykadan İngiltərəyə uçuşumuz tam 9 saat davam etdi. Amerikalıların evə qayıtması üçün isə cəmi 3 saat vaxt lazım oldu. Bu ədalətsizdir.
  3. Bələdçinin inadkarlıqla Gaudinin şah əsərləri adlandırdığı bəzi tikililəri görmək üçün yarım günümü itirdim. Turizm şirkətindən ekskursiyanın dəyərini mənə qaytarmağı və öz evimdə də toplu şəkildə olan “yarımçıq tikililəri”, gördükdən sonra əldə etdiyim mənəvi ziyanın ödənilməsini tələb edirəm.
  4. Üst çimərlik geyimi olmadan qaralmağı qadağan etmək lazımdır. Buna görə yalnız istirahət etmək və rahatlamaq istəyən həyat yoldaşım dayanmadan günlərlə ətrafa baxdığı üçün, fikri yayınırdı.
  5. Çimərlikdə çox qum var idi. Otağımıza qayıdanda daim özümüzü silkələməli olurduq.
  6. Qoada tətil edərkən demək olar ki, hər restoranda kari ədviyyatını görməkdən iyrəndim. Acılı yeməyə nifrət edirəm!
  7. İspaniyaya getdiyimiz zaman orada çoxlu ispanlar var idi. Məlumat mərkəzinin işçisi ispan dilində danışırdı. Yeməklər ispan mətbəxindən idi. Tətilimiz zamanı  bu qədər əcnəbinin olacağı barədə  bizi heç kim xəbərdar etməmişdi. İlk dəfədir ki Barsadayam: mütləq görməyə dəyər yerləri məsləhət görün.
  8. Mən bizim bir otaqlı otel nömrəmizi dostlarımın üç otaqlı nömrəsi ilə müqayisə etdim. Onların otel nömrəsi daha böyük idi!
  9. Yollarda çuxurlar çox idi. Bu səbəbdən avtobusda kurorta gedərkən bələdçi kitabını oxuya bilmədik və tətilimizi daha əyləncəli edəcək maraqlı detalları öyrənə bilmədik.
  10. Tur operatoru olaraq vəzifəniz bizi həddindən artıq səs-küylü qonaqlar barədə xəbərdar etməkdir.
  11. Biz Kanoe ilə gəzməyə getdik. Heç kim bizə qayığın göyərtəsində tualetin olmayacağını xəbərdar etməmişdi. Bu çox əlverişsizdir!
  12. Sizin məlumata görə şəhər vulkanın ətəyində yerləşir, ancaq biz heç bir lava görmədik. Məncə bu sadəcə bir dağ idi.
  13. Meksika körfəzindəki su çox duzlu idi. Dənizdə duz olduğu barədə heç kim bizi xəbərdar etməmişdi. Bu iyrəncdir!
  14. Damda hovuz olacağını söyləmişdilər, ancaq üstümüzdə başqa bir otaq var idi.
  15. Milad bayramında Avstraliyaya getdik və oradakı istiləri görüb şok olduq!
  16. Restoranın qapısında “Uşaqlara  yeməklər ödənişsizdir” işarəsi var idi, amma yenə də 19 yaşlı qızımızın yeməyini ödəməli olduq!
  17. Tətildə olduğumuz müddət, şəhərimizdə hava yaxşı keçirdi. Bu səbəbdən tətil mənasız keçdi.
  18. Misirə basseyndə sualtı üzgüçülüklə məşğul olmağa gəlmişdim, lakin orada ərəblər mənə diqqətlə baxırdılar, bu səbəbdən üzə bilmədim.
  19. Bukinqem Sarayı haqqında: “Məni heyran etmədi. İngiltərəyə yalnız çöldə durmaq üçün getməyin mənası nədir? İçəri girə bilməzsən. Kraliça o qədər acgözdür ki, heç kimə sarayı görməyə imkan vermir? ”
  20. Londondakı otelimizdə okean mənzərəsi yox idi.
  21. Bələdçi çox çirkin olduğu üçün turdan zövq almadıq. Qarşınızda belə bir üz görəndə gözəllikdən zövq ala bilməzsiniz.
  22. Gəldiyimiz zaman bizə alkoqollu kokteyl verdilər. Lakin mən “Çimərlikdə sex”-i  sevmirəm.
  23. Saçlarım bir az günəşdən yanıb. Əvvəlki rəngi daha çox bəyənirdim!
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on pinterest
Pinterest
Share on whatsapp
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT

Praqa

Praqada etməli olduğunuz 10 şey

Karlov körpüsündə qəşəng şəkillər çəkin Karlov körpüsü Praqada səyahətçi-fotoqraf və adi turistlərin ən çox sevdiyi görməli yerdir. Burada suvenirlər satırlar, musiqi alətlərində

Ətraflı »