Hətta ən cəsur adam belə uçacağı təyyarəni görəndə zamanla xoşagəlməz hisslər keçirir. İstinasız olaraq hər kəs “birdən təyyarə qəzaya düşsə nə olacaq?” kimi suallarla üz-üzə gəlir. Nəzərə alsaq ki, müasir zamanda təyyarə ilə uçuşlar bir çox insanın həyatının ayrılmaz hissəsidir, bəziləri üçün bu sualın cavabı şiddətli qorxuya səbəb ola bilər ki, bu da onların həyatını əsaslı şəkildə korlayar. Bəs aerofobiyaya necə qalib gəlmək olar?
İlk olaraq sizdə aerofobiyanın olub olmamasını araşdırın. Demək olar ki, bütün insanlar uçuş zamanı diskomfort və bir növ narahatlıq hissi keçirirlər, lakin bütün bu xoşagəlməz emosiyaları aerofobiya adlandırmaq olmaz. Əgər uçuşlardan əvvəl qorxu hissi həddən artıq güclü deyilsə, bu zaman onun öhdəsindən öz qüvvənizlə gələ bilərsiniz.
Uçuşlardan qorxanlar bunları etməməlidir
- Alkoqollu içkilərdən sakitləşdirici kimi istifadə etməyin. Quru hava və aşağı təzyiq olan təyyarənin bortunda spirtli içkilər yalnız səhhətinizi gərginləşdirə bilər. Həmçinin spirtli içkilərin təsiri yüksəklikdə gücləndiyi üçün hətta kiçik porsiya qəbul etdiyiniz zaman bu sərxoşluğa, gücsüzlüyə və əhval-ruhiyyənizin dəyişməsinə səbəb ola bilər.
- Səyahətdən əvvəl internetdə təyyarə və avia fəlakətlər barədə məlumatları incələməyin. Ümumiyyətlə unutmayın ki, indiyədək təyyarə ən təhlükəsiz nəqliyyat vasitələrindən biri sayılır.
Bir az yayılmış stereotiplər haqqında
Aerofobiyanı incələyərək biz belə qənaətə gəldik ki, bu xəstəlikdən əziyyət çəkən insanların təxminən 65% turbulentlikdən qorxur (təyyarənin havada müəyyən yerlərdə silkələnməsi).
Bundan əlavə bəziləri düşünür ki, köhnə təyyarələr daha təhlükəlidir. Lakin uçacağınız təyyarənin 10, 15 və hətta 20 yaşı olsa belə narahat olmağa dəyməz, çünki bütün aviaşirkətlər əvvəlcədən sertifikatlaşdırılır və bütün təyyarələr istifadəyə verilməmişdən əvvəl mütləq şəkildə yoxlanılır. Məsələn, ən böyük aviaşirkətlərdən biri Delta Air Lines-da təyyarələrin yarısından çoxu 20 ildən yuxarıdır ki, xidmət edir.
İstənilən hava texnikası hər gün diqqətlə yoxlanılır.
Fikirinizi yayındırın!
Bütün məntiqi dəlillərə baxmayaraq, əgər sizi pis fikirlər narahat edirsə, bu zaman relaksasiya üsullarına əl atmağın vaxtıdır. Məsələn, təbiət səslərinə qulaq asın və ya sakit musiqi dinləyin, kitab oxuyun.
Praktika göstərir ki, bir çox insanları dadlı yemək və içkilər sakitləşdirir. Belə ki, özünüzlə şirniyyat götürün. Lakin unutmayın ki, təyyarədə qəhvə içmək məsləhət deyil, çünki onun tərkibində olan kofein onsuz da həyəcanlı sinir sisteminizi daha da gərginləşdirə bilər. Qəhvə əvəzinə su ilə sakitləşdirici otlardan hazırlanan həblər qəbul edə bilərsiniz.
Əgər bütün sadalanan metodlar sizə kömək etmirsə, bu zaman gözünüzü yumub, səfərinizin məqsədi barədə gözəl şeylər düşünün.
Təyyarələrlə bağlı bir neçə fakt:
- Təyyarə havada dənizdə gəminin və yolda avtomobilin dayandığı kimi qalır.
- Təyyarədə bütün sistemlərin dublikatı var (bəzilərinin isə hətta 2-3 ehtiyat surəti var).
- Çox vaxt təyyarədə 4 əyləc sistemi, 3 şassinin buraxılış sistemi, 3 yanacaq sistemi, 3 yanğına qarşı sistem, 3 idarəetmə sistemi və s. olur.
- Sərnişin təyyarəsinin ən azı, iki mühərriki var. Eyni anda bütün mühərriklərin xarab olması ehtimalı çox azdır. Məsələn, orta hesabla, mühərrik 228 il fasiləsiz istismar olduqdan sonra xarab ola bilər!
- Aviasiyanın mövcud tələblərinə görə sərnişin təyyarəsi hər hansı bir mühərrikin sıradan çıxdığı zaman yerə enmədən uça və təhlükəsiz normal eniş edə bilməlidir.
- Mühərrik – təyyarənin ən bahalı hissələrindən biridir. Onun qiyməti təxminən 10 milyon dollara yaxındır və buna görə də onu çox diqqətlə yoxlayır və qayğı göstərirlər.
- Hər avia qəzanın öz səbəbi var. Hər bir belə hadisə dərin araşdırılır və onun bir daha təkrarlanmaması üçün bütün tədbirlər görülür.
- Hər il ümumi sərnişin dövriyyəsi 10% artır, avia qəzaların sayı isə 15% azalır.
Bütün bunları və statistik məlumatları nəzərə alaraq demək olar ki, təyyarələr Yer Üzündə ən təhlükəsiz nəqliyyat vasitəsidir.