“Air Arabia” Bakıya ilk uçuşunu həyata keçirdi

Orta Şərqin və Şimali Afrikanın ilk, eyni zamanda ən böyük aşağı büdcəli aviaşirkəti “Air Arabia” bu gün səhər saatlarında Bakıya ilk aviareysini həyata keçirib.

Aviareysin ilk sərnişinləri arasında “Air Arabia” şirkətinin rəhbəri Şeyx Abdulla Bin Məhəmməd əl-Taninin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri, o cümlədən Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) və BƏƏ-nin Bakıdakı səfirliklərinin əməkdaşları da olub.

İlk aviareys BƏƏ vaxtilə 09:00-da Şarja Beynəlxalq Hava Limanından həyata keçirilib. Bakıda sərnişinlər ənənəvi su fəvvarəsi qurşağı ilə qarşılanıb.

İlk aviareyslə bağlı rəsmi tədbir təşkil olunub və tədbir iki gün davam edəcək.

Azərbaycan hökumətinin turizm sektorunun inkişafına önəm verdiyini qeyd edən “Air Arabia” rəsmiləri bildirib ki, yeni marşrut bu sahənin inkişafına öz töhfəsini verəcək.

Qeyd edək ki, “Air Arabia” bu istiqamətdə uçuşları həftədə 4 dəfə və 2 uçuş vaxtı tezliyi ilə yerinə yetirəcək. Cümə axşamı və bazar günləri uçuş Bakının Heydər Əliyev Beynəlxalq hava Limanından səhər saat 11:30-da qalxan təyyarə Şarja Beynəlxalq Hava Limanına yerli vaxtla 14:10-da enəcək. Əks istiqamətdə uçuşlara gəlincə, cümə axşamı və bazar günü BƏƏ vaxtilə 07:55-də qalxan təyyarə Bakıya 10:50-də eniş edəcək.

© APA