Aviabileti aldıqdan sonra xidmət sinfimi artıra bilərəmmi?
Siz aviabileti aldıqdan sonra uçuş vaxtından ən azı 24 saat əvvəl Çağrı mərkəzimizə müraciət etməklə xidmət sinfinizi artıra bilərsiniz. Siz bunu hava limanında qeydiyyat zamanı, həmçinin təyyarədə uçuş vaxtına qədər təyyarə bələdçisinə müraciət etməklə də edə bilərsiniz. Lakin diqqətinizə çatdırırıq ki, bu halda təyyarədə qida əvvəlki xidmət sinfinə uyğun olaraq təqdim edilir.
Saytdan aviabilet aldım, amma heç bir təsdiq gəlmədi. Bunun səbəbi nədir?
Aviabilet aldıqdan sonra, alış zamanı qeyd etdiyiniz elektron ünvana 20 dəqiqə ərzində marşrut qəbzi göndərilir. Marşrut qəbzinin gəlməməsinin iki əsas səbəbi var: ödəniş həyata keçirilmədi və ya təxsis zamanı yanlış elektron poçt ünvanı göstərilmişdir. Təxsisetmənin statusunu öyrənmək üçün Çağrı mərkəzimizə müraciət edin.
Saytda aviabilet aldığım zaman ad və soyadın yerlərini səhv salmışam və ya pasportun nömrəsini (telefon, ünvan və s.) qeyd edərkən səhvə yol verilib. Nə etmək olar?
Kömək üçün Çağrı mərkəzimizə müraciət edə bilərsiniz, mütəxəssislərimiz səhvləri düzəldə bilərlər. Lakin diqqətinizə çatdırmaq istərdik ki, biz adı və ya soyadı tam dəyişə bilmərik, yalnız hərf səhvlərini düzəldə bilərik.
Mövcud təxsisetməyə xidmətlər və ya dəyişikliklər necə əlavə edilir?
Cari təxsisetmənizdə dəyişiklikləri bizim saytımızda onlayn rejimdə edə bilərsiniz. Bunun üçün, zəhmət olmasa, keçid vasitəsilə rəsmi saytımıza daxil olun, sərnişinin adını və marşrut qəbzində göstərilən elektron aviabiletin nömrəsini (E-ticket number) qeyd edin. Öz rezervasiyanıza baqaj əlavə edə, təyyarədə yer seçə, habelə fərdi olaraq isti yemək sifariş edə bilərsiniz. Xahiş edirik, nəzərə alın ki, bu dəyişiklikləri uçuş vaxtından ən azı 24 saat əvvəl daxil edə bilərsiniz.