Aviabiletlərin alınması və təxsis edilməsi – Azərbaycan Hava Yolları

“Ekonom”, “Biznes”, “Komfort-klub” və “VİP-klub” tariflərinin fərqləri nədir?

Bir qayda olaraq, aviaşirkətin tarifləri xidmət sinfi və xidmət səviyyəsi, baqajın daşınması qaydaları, biletin geri qaytarılması və dəyişdirilməsi şərtləri, eləcə də qiymət siyasəti ilə fərqlənir. Tariflərin müqayisəli cədvəli ilə rəsmi saytımıza keçid vasitəsilə tanış ola bilərsiniz.

Uçuş qrafiki ilə harada tanış olmaq olar və ən yaxın günlər üçün reys cədvəlini haradan öyrənmək olar?

AZAL aviaşirkətinin reyslərinin cədvəlini www.azal.az rəsmi saytının əsas səhifəsində “Reys cədvəli” menyusundan öyrənə bilərsiniz. Mövsümi reys cədvəli haqqında məlumatları da “Məlumat – Reys cədvəli” menyusundan öyrənə bilərsiniz.

9 nəfərdən çox sərnişin qrupu üçün aviabiletləri necə rəsmiləşdirmək olar?

Bir qrup sərnişin (9 və daha çox şəxs) üçün aviabiletləri təxsis etmək məqsədilə elektron poçt vasitəsilə groups@azal.az ünvanına müraciət etmək və ya AZAL aviaşirkətinin rəsmi satış ofislərinə yaxınlaşmaq lazımdır.

Niyə uçuş cədvəlində reyslərin olmasına baxmayaraq saytdan bəzi tarixlərə bilet almaq qeyri-mümkündür?

Ola bilsin ki, seçdiyiniz tarix üçün bütün yerlər artıq alınmışdır və bununla əlaqədar olaraq satış başa çatmışdır. Sayt avtomatik olaraq ən yaxın tarixlərdə həyata keçiriləcək reysləri göstərəcəkdir.

Hansı səbəbdən müxtəlif tarixlərdə eyni marşrut üzrə aviabiletlərin qiyməti fərqlidir?

Aviabiletin qiymətini formalaşdıran amillərdən biri hər reysdə təyyarədə mövcud olan boş yerlərin sayıdır. Yerlər dolduqca aşağı qiymətə olan aviabiletlərin sayı da azalır.

Aviabilet almaq üçün hansı sənədlər tələb olunur?

Aviabilet almaq üçün ilk növbədə bütün səyahət edən sərnişinlərin pasport məlumatlarının təqdim edilməsi tələb olunur. Təqdim olunan məlumat sənəddəki məlumatlara tam uyğun olmalıdır, əks halda, aviaşirkət sərnişinin daşınmasından imtina etmək hüququna malikdir.

Rəsmi saytınızda müəyyən müddətə bilet bronlaşdırmaq olarmı?

Aviaşirkətin rəsmi saytında aviabilet aldığınız zaman onun dəyərinin tam ödənilməsi tələb olunur. Biletin 24 saata qədər təxsis edilməsi xidməti yalnız AZAL aviaşirkətinin rəsmi satış ofislərində mümkündür.

Rəsmi saytınızda hansı istiqamətlər üzrə bilet almaq olar?

www.azal.az rəsmi saytında AZAL aviaşirkətinin yerinə yetirdiyi müntəzəm reyslər, həmçinin digər aviadaşıyıcı şirkətlər ilə birgə saziş əsasında reysləri yerinə yetirdiyi bütün istiqamətlər üzrə aviabiletlər əldə etmək mümkündür. Aviabilet aldığınız zaman seçdiyiniz reysi yerinə yetirən aviaşirkətin adı göstəriləcəkdir.

Aviabiletləri ən sərfəli qiymətə necə əldə edə bilərəm?

“AZAL” aviaşirkətinin ən ucuz aviabiletlərini aybilet.az saytından əldə edə bilərsiniz. Hər reysdə aşağı qiymətlərlə təqdim edilən yerlərin sayı məhdud olduğu üçün aviabiletləri əvvəlcədən almağınızı tövsiyə edirik.