Aviabiletin məcburi qaytarılması şərtləri varmı?
AZAL aviaşirkətimizin qaydalarına uyğun olaraq ödənişin qaytarılması o zaman mütləq sayılar ki, əgər sərnişin daşımadan imtina edərsə və bunun nəticəsində aviaşirkət:
- sərnişinin yer təxsis etdiyi və bilet rəsmiləşdirdiyi reysi təxirə salmış, ləğv etmiş, ləngitmişdir;
- sərnişin üçün təyinat, yola düşmə məntəqəsində, yaxud dayanacaq olan məntəqədə hava gəmisinin enməsini ləğv etmişdir;
- xidmət sinfini dəyişmişdir;
- sərnişin tərəfindən əvvəlcədən təxsis edilmiş yerə müvafiq yeri təqdim etməmişdir;
- əvvəlki reysin qeyd olunduğu biletdə göstərilən və Sərnişinin təsdiqlənmiş təxsisi olan reysə keçidi təmin etməmişdir.
Uçuşdan məcburən imtina edildiyi halda, əgər heç bir sahədə uçuş həyata keçirilməyibsə, daşıma üçün ödənilmiş bütün məbləğ sərnişinə qaytarılır.
Uçuşdan məcburən imtina edildiyi halda, əgər daşıma qismən yerinə yetirilmişdirsə, daşımanın həyata keçirilməmiş hissəsinin dəyərinə müvafiq məbləğ qaytarılır.
Mən “gediş-dönüş” marşrutu üzrə aviabilet almışam, lakin gediş istiqaməti üzrə aviabiletdən istifadə edə bilməyəcəyəm. Bəs dönüş zamanı aviabiletdən istifadə edə bilərəm?
“AZAL” aviaşirkətinin qaydalarına əsasən, sərnişin “gediş” aviabiletindən istifadə edə bilməyəcəyi barədə aviaşirkətə əvvəlcədən məlumat verdiyi halda dönüş aviabiletindən istifadə etmək hüququ sərnişində saxlanıla bilər. Sərnişin aviaşirkəti xəbərdar etmədən reysin birinci hissəsinə gəlmədiyi təqdirdə («NO SHOW») aviaşirkət sərnişinin əks istiqamət üzrə reysə buraxılacağına zəmanət vermir.
Mənə aviabiletin qaytarılması proseduru rəsmiləşdirildi, lakin pul vəsaiti bank kartına geri köçürülmədi. Bunun səbəbi nədir?
Pul vəsaitinin karta qaytarılması üçün maksimal müddət 33 gündür. Aviaşirkət pul vəsaitinin daha qısa zamanda geri qaytarılmasını təmin etmək üçün əlindən gələni edəcək. 33 gün müddət başa çatdıqdan sonra pul vəsaiti karta geri qaytarılmadığı halda istehlakçı müvafiq orqanlara iddia ilə müraciət etmək hüququna malikdir.
Mənə təyinat ölkəsinə viza verilməsində imtina ediblər. Aviabilet üçün ödənişi geri almaq olarmı?
AZAL aviaşirkətinin qaydalarına müvafiq olaraq, təyinat ölkəsinə viza verilməsi üçün səfirliyin imtinası ödənişin məcburi qaytarılması üçün şərt hesab edilmir. Bu səbəbdən, aviabiletlər təxsis edildiyi zaman bütün risklərin nəzərə alınmasını, həmçinin aviabiletlərin ödənişin qaytarılmasını nəzərdə tutan tariflər üzrə əldə olunmasını tövsiyə edirik.
Aviabiletə görə ödənişi geri almaq və ya uçuş tarixini dəyişmək olarmı?
Aviabiletin qaytarılması və dəyişdirilməsi şərtləri birbaşa olaraq aviabiletin alındığı tarifin şərtlərindən asılıdır. Aviabiletlərin qaytarılması və dəyişdirilməsi şərtləri barədə bizim saytımızda ətraflı tanış olmaq olar.
Qeyd edək ki, aviabiletinizi aldıqdan dərhal sonra səhv aşkar etdiyiniz təqdirdə, həmin aviabilet rəsmiləşdirildiyi andan 3 (üç) saat ərzində (lakin uçuş vaxtından ən azı 3 saat əvvəl) onu ləğv etmək mümkündür. Bunun üçün aviabileti əldə etdiyiniz yerə , saytda onlayn şəkildə əldə etdiyiniz halda isə Çağrı mərkəzimizə müraciət edə bilərsiniz.