Avropanın 10 ən gözəl məxfi çimərliyi

Deva Mariya

Salesiya çimərliyi, Korsika

Salesiya çimərliyi, KorsikaMəxfi çimərliklərə getmək adətən çətin olur. Amma şəxsi yaxtaları olanlar Salesiyaya asanlıqla gedə bilərlər. Şəxsi gəminiz yoxdursa gərək Dser de Agriates səhrası ilə gedəsiniz. Səhradan sonra Salesiyaya çatdıqda sanki cəhənnəmdən cənnətə düşürsən. Bir mil uzunluğunda xəlvəti çimərlik əslində həqiqətən də cənnətdir.

Traigh Eais çimərliyi, Barra, Şotlandiya

Traigh Eais çimərliyi

Barra dünyada uçuş-enmə zolağı çimərlik olan yeganə aeroportdur. Əlbəttə, təyyarə çimərlik boş olduqda yerə enir. İstənilən vaxt təyyarənin yarana biləcəyi yerdə dəsmal salmaq yaxşı ideya deyil. Ona görə də 5 dəq. sərf edib Daxili Hebrid adalarının çimərlikləri arasında mirvari sayılan Traigh Eaisdə istirahət etmək məsləhətdir.

Cala Xarraca, İbiza, İspaniya

İbizanın böyük hissəsi 40 ildir ki, kütləvi turizmlə əhatə olunub. Amma Aralıq dənizinin ən yaxşı çimərlikləri San-Antoniodan daha uzaqda yerləşir. Onlardan biri Cala Xarracadır.

Cala Xarraca

Reynisfyara, İslandiya

Heç də həmişə çimərliklər qızılı və ya ağ qumla örtülmür. İslandiyanın cənubunda Vik şəhərinin yaxınlığında panoraması tünd-göy çalarda olan gözəl Reynisfyara çimərliyi yerləşir. Çimərliyin əsas yaraşığı nəhəng Vatnayyokyudl buzlağıdır.

Reynisfyara, İslandiya

Deva Mariya körfəzi, Kalabriya, İtaliya

Kapo-Vatikano çimərlikləri arasında Deva Mariya körfəzi ən yaxşılarındandır. Bu yerlərin əsas fəxri isə qırmızı soğanın yetişdirilməsi üçün ideal iqlimdir.

Deva MariyaSkagen, Danimarka

Skagen artıq 10000 ildir böyüyən dayaz çimərlikdir. Burada ayaqlarınızı bir dəfəyə 2 – Skagerrak və Katteqat dənizlərinə sala bilərsiniz. Bunun özü də qeyri-adidir.

Skagen, DanimarkaPila qum təpələri, Fransa

Flank-Kot-Ue Fransanın Bordo şəhəri yaxınlığında Atlantik okeanının nəhəng qum təpəsi Pila dyununun sahil tərəfidir. Çimərlik 108 metrlik qum divarı ilə gizlədilib, ona görə də çimmək üçün əvvəlcə qalxmaq və enmək lazımdır. İsti gündə və ya qum fırtınası zamanı bu böyük problemdir, amma bu sınaqdan yaxşı çıxanlar möhtəşəm mənzərə ilə mükafatlanacaq.

Pila qum təpələriMelida, İspaniya

İspaniyanın Atlantik okeanı sahilləri Aralıq dənizinin çimərlikləri kimi çox diqqət çəkmir, amma harada çoxlu insan kütləsi yoxdursa orada gözəllik var. Melida çimərliyi Pontevedredə (Qalisiya) yerləşir və qaranlıq saatlarda 3 mayakla işıqlanır. Burada turist çox azdır.

Melida, İspaniyaFleq-Biç, Korralexo, Fuerteventura

Fuerteventura turistlərin ən çox yollandığı yerlərdən biridir, lakin burada da məxfi çimərliklər var. Kanar arxipelaqının bu adasının şimalında yerləşən Fleq-Biç tropik cənnəti nəyə desən dəyər. Korralexo kurortu həmin çimərlikdən çox uzaq olsa da gözəllik aşiqləri bunun öhdəsindən gələ bilər.

Fleq-Biç,Dermi çimərliyi, Albaniya

Adriatik dənizinin bu hissəsi ən məşhur çimərlik istiqaməti ola bilər. Çalışın oraya hamıdan əvvəl gedin. Yollar dağlardan keçir, ola bilər ki, velosiped lazım olsun.

Dermi çimərliyi