AZAL Bakı-Naxçıvan və MDB istiqamətində uçan sərnişinlərin sayını açıqlayıb

AZAL Bakı-Naxçıvan və MDB istiqamətində güzəştli şərtlərlə uçan sərnişinlərin sayını açıqlayıb.

Cari il dövlət büdcəsinin funksional təsnifatının “Nəqliyyat və rabitə” bölməsinin “Hava nəqliyyatı” paraqrafı üzrə “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) 10 mln. 10 min manat dəyərində təzminat nəzərdə tutulub”.

AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib.

“Bu vəsaitə “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçan sərnişinlərə dövlət  tərəfindən nəzərdə tutulan güzəştlər və Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin MDB dövlətlərinə havanəqliyyatında gediş haqları daxildir”, – deyə P. Kəsəmənski qeyd edib.

Qurum rəsmisi onu da vurğulayıb ki, ötən il “Azərbaycan HavaYolları” QSC-yə dövlət büdcəsindən ayrılan kompensasiya məbləği builki ilə (10 mln. 10 min manat) eyni olub.

Ötən il bu güzəştlərdən istifadə edən və qeyd olunan istiqamətlərə uçan sərnişinlərin sayına gəlincə, P. Kəsəmənski əlavə edib ki, 2017-ci ildə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçan güzəştli sərnişinlərin sayı  535 743 nəfər olub.

“O cümlədən, ötən il qeyd olunan marşrut üzrə uçan güzəştli sərnişinlərdən 1 927 nəfər I və II qrup əlil, 53 835 nəfər uşaq, 7 316 nəfər tələbə olub. 2017-ci ildə faktiki daşınmış sərnişinlərə görə hesablanmış güzəşt məbləği isə 11 520,2 min manat təşkil edib. Bundan başqa, ötən il 10 nəfər Böyük Vətən müharibəsi iştirakçısı və ya onlara bərabər tutulan şəxs MDB dövlətlərinə havanəqliyyatında güzəşt hüququndan istifadə edib. Güzəşt məbləği isə 1 365 manat təşkil edib”, – deyə P. Kəsəmənski vurğulayıb.

Qobustan

Qobustan

Bakı – Qobustan arası məsafə 101 km-dir. Ən qədim yaşayış məskənlərindəndir. İnzibati rayon kimi 1990 – cı ildə yaradılıb. Alçaq dağlıq sahə,

Ətraflı »