Aybilet.az logo

AZAL gələn aydan Hindistanın Yeni Dehli şəhərinə uçuşlara başlayır

Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

“Azərbaycan Hava Yolları” aviaşirkəti avqustun 9-dan etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan Hindistanın Yeni Dehli şəhəri marşrutu üzrə bilet satışına başlayıb.

Uçuş tarixini qeyd edib, axtarış düyməsini sıxın

Cədvələ əsasən, uçuşların tezliyi həftədə iki dəfə təşkil edəcək: Bakıdan uçuşlar çərşənbə axşamı və cümə günləri, Yeni Dehli şəhərindən isə çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Qeyd edək ki, AZAL Bakı-Yeni Dehli-Bakı marşrutu üzrə uçuş proqramını “Zeal Global Group” şirkəti ilə birgə həyata keçirir.

Aviabiletin dəyərinə baqajın pulsuz daşınma norması (23 kq-a qədər ekonom sinfində və 32 kq-də biznes sinfində), həmçinin tam çeşiddə soyuq və isti qidalar daxildir.

Həmin reyslərə müəyyən edilmiş daşıma şərtlərinə uyğun gələn və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.

Hindistana getməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkəyə daxil olarkən qüvvədə olan qaydalarla aşağıdakı link vasitəsilə tanış olmaq tövsiyə olunur.

Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT

buckingham palace

Bukingem Sarayı

Bukingem Sarayı – II Yelizavetanin Londondakı rəsmi iqamətgahıdır. Vestminster ərazisində yerləşir. Teyburn çayının kənar sahillərinə təsadüf edir. Ərazisi bataqlilarla zəngin olan bu

Ətraflı »