Azərbaycan vətəndaşları Rusiyaya necə gedə bilər?

Rusiyaya necə getmək olar?

Hal-hazırda Rusiyaya giriş məhduddur. Azərbaycan vətəndaşları rəsmi səbəb olmadan Rusiyaya yalnız Azal və Aeroflot şirkətlərinin birbaşa Bakı-Moskva reysləri ilə gedə bilər. Həftənin bir və dördüncü günləri (SU-1853 və SU-1855 reysləri uyğun deyil).

Rəsmi səbəblər hansılardır?

  • Rusiya vətəndaşı olan birinci dərəcəli qohumlar (valideyn, həyat yoldaşı, azyaşlı uşaq)
  • Diplomatik missiya
  • Müalicə (23 martdan etibarən müalicəyə gələnlər üçün qaydalar dəyişib, tibbi müəssisə məlumatınızı onlayn sistemə əvvəlcədən əlavə etməlidir)

Rusiyaya giriş üçün rəsmi səbəbi olan şəxslər bütün reyslərlə gedə bilər. Amma səbəbi olmayanlar, qeyd olunduğu kimi, yalnız həftənin bir və dördüncü günləri birbaşa xüsusi reyslərlə gedə bilər. «Bu biletləri necə tapmaq olar?» sualının cavabını göstəririk.

Sizin saytdan gedə biləcəyim bileti necə tapım?

aviasales.az saytına daxil olursunuz, istiqamətdə «Moskva» tarix də isə sizə uyğun günü seçirsiniz. Rusiyaya giriş üçün rəsmi səbəbiniz yoxdursa, fikir verin ki, bir və ya dördüncü gün olsun. Bir istiqamətə bilet istəyirsinizsə «Dönüş biletinə ehtiyac yoxdur» düyməsini basın və sonra «axtar» sıxın.

Biletlər tapıldıqdan sonra filtrlərldə «birbaşa» qrafasını seçin. Şəkildə qırmızı ilə işarələnib.

Gördüyünüz kimi, iki bilet göstərilir fərqli qiymətlə. Bu yerdə uçuşun nömrəsinə mütləq fikir vermək lazımdır. Çünki, Aeroflot Azərbaycan vətəndaşlarını SU-1855 və SU-1853 reyslərinə buraxmır.

Azərbaycan vətəndaşlarının rəsmə səbəbsiz uça biləcəyi reyslərə biletlərin sayı azdır tələbat isə çoxdur, buna görə bu biletlərin qiymətini qaldırırlar.

Bileti tapdım, necə alım?

Seçdiyiniz biletin «almaq» düyməsinə basın. Avtomatik olaraq bileti satan tərəfdaşın saytına yönləndiriləcəksiniz. Keçid zamanı belə bir tablo görəcəksiniz, sonra tərəfdaşımızın (aviaşirkət və ya agentlik) saytı açılacaq. O saytda məlumatınızı əlavə edib bileti ala biləcəksiniz.

Bileti necə götürüm?

Bileti götürmək üçün heç yerə getməyə ehtiyac yoxdur. Elektron bilet alışdan sonra 3 saat ərzində e-mail ünvanınıza göndəriləcək və biletiniz sistemə düşəcək. Elektron bileti öz rahatlığınız üçün çap edib özünüzlə götürə bilərsiniz, amma hava limanında o sizdən tələb olunmayacaq. Uçuş talonunu almaq üçün hava limanında və ya uçuşdan öncə aviaşirkətin saytında onlayn qeydiyyatdan keçməyiniz və pasportunuzu təqdim etməyəiniz kifayətdir.

Bu məlumat dəqiqdir?

Bəli, verdiyimiz məlumat yazıldığı vaxt üçün aktualdır, amma nəzərə alın ki, pandemiya ilə bağlı qaydalar tez-tez dəyişə bilər. Bileti almamışdan öncə səfirlik və ya aviaşirkətlə də əlaqə saxlayıb son məlumatı almağınız məsləhətdir.

Rusiya səfirliyi
Ünvan: AZ1022 Bakı, Bakıxanov küç., 17
Tel: (+994-12) 597-08-70, (+994-12) 597-44-58
Faks: (+994-12) 597-16-73
E-Mail: embazerbaijan@mid.ru

Aeroflot (Bakı ofisi)
Ünvan: AZ1010, Bakı, Mehbalı Zeynalabdiyev kuç., 5
Tel: (+994-12) -498-11-67, (+994-12) -498-11-68