Aybilet.az logo

Azərbaycana ən çox turist hansı ölkələrdən gəlir?

Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayının artdığı bildirilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-iyun aylarında Azərbaycana dünyanın 139 ölkəsindən 1203,7 min nəfər gəlib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 faiz çoxdur. Gələnlərin 31,2 faizi Rusiya, 21,2 faizi Gürcüstan, 15 faizi İran, 11,6 faizi Türkiyənin payına düşür. Birləşmiş Ərəb Əmirliklərindən gələnlər 3,7, Ukraynadan gələnlər də 2,3 faiz təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycana daha çox iyunda səfər ediblər – gələnlərin 20,3 faizi.

Statistika Komitəsi qeyd edir ki, Azərbaycana gələnlər arasında Körfəz ölkələri vətəndaşları sürətlə artıb. Azərbaycana səfər edən Oman vətəndaşlarının sayı 16, Küveyt vətəndaşlarının sayı 8,7, Səudiyyə Ərəbistanı və Qətər vətəndaşlarının sayı isə 6 dəfə çoxalıb. Azərbaycana səfər edən körfəz ölkələri vətəndaşlarının ümumi sayı 263,5 min nəfər olub. Bu da ümumi turistlərin 21,8 faizi deməkdir. Avropa Birliyinə üzv ölkələrdən Azərbaycana gələnlərin sayı isə cəmi 51,2 min nəfər olub.

Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT

Batumi – “Qara Dənizin İncisi”

Batumi – böyüklüyünə görə Gürcüstanın ikinci şəhəridir. Qara Dəniz sahilinin cənub-qərbində yerləşən Batumi, müasir Gürcüstanın əsas turizm mərkəzidir. Şəhərin iqtisadiyyatının böyük hissəsi

Ətraflı »