Bu kart hazırda Rusiyadan olan turistlər üçün yeganə onlayn ödəniş imkanıdır.
Rusiyanın “Mir” ödəniş sistemindən Azərbaycanda istifadə imkanları Rusiya tərəfi ilə müzakirə olunur. Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Fərid Osmanov mətbuat konfransında məlumat verib.
“Bu məsələ Azərbaycan-Rusiya hökumətlərarası komissiyası çərçivəsində, müvafiq strukturlar arasında siyasi və iqtisadi amillər nəzərə alınmaqla müzakirə olunur”, – o vurğulayıb.
O qeyd edib ki, bu məsələ ilə bağlı yekun qərar hələ verilməyib. Qeyd edək ki, bu gün Rusiya ilə yanaşı, Türkiyə, Vyetnam, Ermənistan, Cənubi Koreya, Özbəkistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Cənubi Osetiya və Abxaziya bu kart rusiyalı turistlərin bu ölkələrə səyahətə marağına müsbət təsir göstərir.