Uçuş rahatlığına əsasən sərnişinlərə bir neçə seçim növü təklif olunur: birinci sinif, biznes sinif və ekonom sinif. Onların hər biri öz dəyəri və bir sıra üstünlükləri ilə fərqlənir. Belə bölgü loukost tipli aviaşirkətlərə aid deyil, çünki burada biletlər kiçik büdcə üçün nəzərdə tutulur.
Biznes klassa aid biletlər necə olur?
Biznes sinifə aid aviabiletləri əldə edən sərnişinlər bir sıra üstünlüklər əldə edir. Bütün daşıyıcı şirkətlər, bir qayda olaraq, belə müştərilərə aşağıdakı bonusları təklif edirlər:
- Təyyarəyə növbədən kənar qeydiyyata alınması və yerləşdirmə. Hava limanının salonlarında biznes və birinci sinifə aid sərnişinlərə ayrıca məntəqələr xidmət göstərir.;
- Biletin qiymətinə daxil edilmiş qidalanma. Daha geniş və rəngarəng menyu, tez-tez qidalanma imkanı, pulsuz içkilər, o cümlədən spirtli içkilər. Bəzi reyslərdə sərnişinlərə istənilən vaxt və istənilən sayda açıq barda təklif edilən içkilərdən istifadə etməyə icazə verilir;
- Rahat oturacaqlar. Uzun uçuşlar zamanı bu bənd böyük əhəmiyyət kəsb edir;
- Baqajın daşınmasına olan çəki tələbini artırmaq imkanı.
Bəs qənaət etmək hansı hallarda məntiqə uyğundur?
Əgər uçuş vaxtı uzun deyilsə və ya baqaj müəyyən edilmiş normalardan artıq deyilsə, bu zaman biznes sinifinə aid aviabiletlər üçün artıq ödəniş etmək heç də həmişə məqsədəuyğun deyil.
Ekonom sinifdən istifadə edərək siz aşağıda qeyd edilən bəndlərə diqqət etməli olacaqsınız:
- Qeydiyyat növbəsi. İstənilən halda reysə bilet alan və qeydiyyatdan keçən bütün sərnişinlər mütləq təyyarəyə keçib öz yerində əyləşdiriləcəklər;
- Qidalanma. Ekonom sinifə aid sərnişinlərə mütləq qaydada kompleks qidalanma və içkilər təklif olunur. Biznes sinif ilə yeganə fərq – burada daha sadə menyunun və ayrıca ödəniş etmək zəruriyyətinin olmasıdır;
- Rahatlıq. Ekonom salonlarda oturacaqlar bir-birinə kifayət qədər yaxın yerləşir, lakin kiçik məsafələrdə bu elə də diskomfort hissi yaratmır;
- Baqaj və əl çantasına olan məhdudiyyətlər. Yüklərin daşınmasında çəki məhdudiyyəti ona uyğunlaşmaq üçün kifayət edir. İstənilən halda əlavə ödəniş etməklə təklif edilən göstəricilərdən daha çox yük keçirtmək mümkündür.