Bunları təyyarədə etmək olmaz!

təyyarə

Təyyarə ilə səyahət etməyin insan səhhətinə necə təsir edəcəyi barədə çox az adam düşünür. Bu səbəbdən, özünüzə və ətrafınızdakılara xələl gətirməmək üçün, bəzi məqamlara diqqət etsəniz yaxşı olar.

  1. Uçuş boyu yatmaq. Təyyarənin havaya qalxma və ya enmə zamanı, ətrafınızda təzyiq fərqi yaranır ki, bu zaman xoşagəlməz hallardan qaçmaq üçün saqqız çeynəmək, şüşə konfetlərdən istifadə etmək, düz nəfəs almaq lazımdır. Lakin siz yuxuda olduğunuz zaman lazımi tədbirlər görə bilmədiyiniz üçün, yaranmış təzyiq fərqi başgicəllənməyə, qulaq infeksiyasına, burun qanaxmalarına, qulaq pərdəsinin zədələnməsinə və eşitmə qabiliyyətinin azalmasına səbəb ola bilər.
  2. Uçuş boyu oturmaq. Təyyarə salonundakı havanın aşağı təzyiqi qan dövranını ləngidə bilər ki, bu zaman da trombların yaranma təhlükəsi ortaya çıxır. Bu cür hallardan uzaq olmaq üçün arada ayaq üstə qalxmaq, bir az təyyarənin salonunda gəzişmək, oturarkən isə ayaqlarınızla kiçik hərəkətlər etmək lazımdır.
  3. Su içməmək. Məlum olduğu kimi, göyərtədə hava quru olur. Məhz bu səbəbdən orqanizmin qurumaması üçün tez-tez maye qəbul etmək lazımdır.
  4. Çay və qəhvə sifariş etmək. Unutmayın ki, təyyarədə qəhvə və çay (həmçinin içkilərə əlavə edilən buz) təyyarədə olan sudan hazırlanır. Bunun üçün yalnız qablaşdırılmış su sifariş etməyiniz məsləhətdir.
  5. Ayaqyalın gəzmək. Təyyarə salonundan nə qədər insanın keçdiyini fikirləşin, burada nə qədər mikrob olduğu barədə düşünün və salonda ayaqyalın gəzməyin.
  6. Yol boyu ayaqyoluna getməmək. Əgər uzun yol zamanı özünüzü saxlayaraq ayaq yoluna getməsəniz infeksiya qazana bilərsiniz.
  7. Uçuş zamanı və ya ondan əvvəl spirtli içkilərdən çox istifadə etmək. Əvvəl alkoqol sizə rahatlanmağa və yuxuya getməyə kömək etsə də, daha sonra o yuxunuzu pozacaq, boğazınızda quruluq hissi yaradacaq və ümumi halsızlığa səbəb olacaq.
  8. Oturacağın üzərindəki ventilyasiya qurğusunu söndürmək. Əgər sizə yönlənmiş soyuq havadan narahat olursunuzsa, bu zaman yaxşısı budur qalın sviter geyinin. Həkimlər oturacağın üzərində ventilyasiyanı qoşmağı tövsiyə edir ki, bu halda havada olan bütün mikroblar sizin şəxsi zonanıza düşmədən sovrulacaq.
  9. Halınız pisləşdiyi zaman stüardessaya müraciət etməkdən çəkinmək.

Sertifikat əldə etməmişdən əvvəl stüardessalar xüsusi hazırlıq keçir və ilk tibbi yardım göstərməyi öyrənirlər. Bu səbəbdən halınız pisləşdiyi zaman bort əməkdaşlarına çəkinmədən müraciət edə bilərsiniz.