Məzuniyyət – hər birimiz üçün çoxdan gözlənilən bir hadisədir. Ucuz aviabilet alıb, ucuz otel bron etdikdən sonra baqaj yığımının zəruriliyi yaranır. Bizim tövsiyələr sizə bu prosesi asanlaşdırmağa kömək edəcək.
- Siyahı tutun
Siyahı tutmaq nə qədər zəhlətökən səslənsədə, bu sizə səyahətdə lazım ola biləcək əşyaları unutmamaq və panikaya düşməmək üçün əla variantdır.
- Dərman qutusu
Söhbət avtomobil üçün nəzərdə tutulan dərman qutusundan deyil, ən vacib dərmanlardan gedir. Siz özünüzlə mədə-bağırsaq problemlərinin yaranmaması, baş ağrı, istidən və s. qorunmaq üçün zəruri dərmanlar götürə bilərsiniz. Bəzən səyyahət edəcəyiniz ölkədə dərmanlar yalnız resept üzrə satıla biləcəyini də nəzərə alın.
- Baqajın daşınması üçün məhdudiyyətlər
Unutmayın ki, nəzərdə tutulan çəkidən artıq baqaj üçün əlavə ödəniş etməli olacaqsınız, bu səbəbdən yaxşı olar ki, çamadanınızı əvvəlcədən evdə çəkib, lazımsız əşyalardan azad olasınız.
- Az sayda ayaqqabı
Ayaqqabı – baqajda ən çox yer tutan əşyadır. Adətən üç cüt ən universal ayaqqabı götürmək məsləhət görülür ki, onları da çantanın yan hissələrinə yerləşdirə bilərsiniz.
- Çantada yerə qənaət edin
Ayaqqabılardan başqa çantada kəmərləri və lazım ola biləcək müxtəlif naqilləri də çantanın kənarlarında yerləşdirmək lazımdır. Bundan əlavə yerə qənaət etmək üçün corabları və alt paltarlarınızı kapron paketə qoyub ayaqqabıların içərisinə yerləşdirə bilərsiniz.
- Kosmetik vasitələr
Unutmayın ki, istifadə etdiyiniz bəzi gigiyenik və qulluq vasitələr dünyanın istənilən ölkəsində də var. Bu səbəbdən əgər siz yaşam olmayan adaya səyahət etmirsinizsə, bu vasitələri özünüzlə götürməyə ehtiyac yoxdur.
- Əşyaları havaya uyğun götürün
Ümumdünya şəbəkə sayəsində səyahət edəcəyiniz yerin yaxın bir həftə ərzində hava haqqında məlumatını əldə edə və buna uyğun olaraq da, öz qarderobunuzu tərtib edə bilərsiniz.
- Universal əşyalara üstünlük verin
Özünüzlə götürəcəyiniz ətək, şalvar, koftalardan nə qədər çox kombinlər yaratmaq olarsa, bir o qədər yaxşıdır. Onların arasında isə daha çox qırışmayan əşyalara üstünlük vermək lazımdır.
- Ən zəruri əşyalar
Əgər siz bu və ya digər əşyanın sizə çox tezliklə lazım ola biləcəyindən əminsinizsə (məsələn gödəkcə), bu zaman onu baqajın ən üst hissəsində yerləşdirin.
- Zərif əşyalar
Əgər siz dostunuza hədiyyə olaraq şərab və ya bahalı farfor qab aparırsınızsa, bu zaman bu əşyaları çamadanın ortasına qoyun və kənarlarından geyimlərinizi yerləşdirin ki, zərif əşyalar səyahət zamanı zədələnməsinlər.
- Bahalı texnika
Unutmayın ki, çamadanları ora bura atdıqda içində olan noutbuk, fotoaparat, elektron kitab kimi texnikanız zədələnə bilər. Bu səbəbdən bu tip əşyaları əl yükündə götürmək lazımdır.
- Pul, sənəd, bilet
Ən sonda, evdən çıxmamışdan əvvəl pulların, sənədlərin və aviabiletlərin götürüldüyünü yoxlamaq lazımdır. Çünki bunlar olmadan heç bir istirahət haqqında söz ola bilməz!
Xoş istirahətlər!