Çində dünyanın ən böyük havalimanı inşa olunub

Pekində dünyanın ən böyük “Daxing” havalimanının tikintisi başa çatdı.

Bu barədə RİA Novosti şəhər rəhbərliyinə istinadən xəbər verir.

Havalimanı paytaxtın mərkəzindən 46 kilometr məsafədə yerləşir və sahəsi bir milyon kvadrat metr ərazini əhatə edir. Bu liman “ən böyük beynəlxalq hub aeroportu” və “ən mürəkkəb mühəndislik layihəsi olan terminala malik havalimanı” hesab olunur.

Bundan əlavə, Daxing, struktur birləşmələri olmadan inşa edilən dünyanın ən böyük binasıdır. Hava limanı 30 sentyabr 2019-cu ildə istismara veriləcək. Təxmin edilir ki, 2025 ildə limanın buraxılış imkanı ildə 72 milyon insan təşkil edəcək.

Binanın forması feniksə bəzəyir. Memarlar bu tikilini digər mifik heyvan – çin əjdahası formasında olan Şoudu hava limanı ilə əlaqələndirirlər.

2016-cı ilin yanvar ayında layihənin müəllifinin İngilis memarı və dizayneri Zaha Hadid olacağı məlum oldu.

Hal-hazırda dünyanın ən işlək hava limanı Atlantda (ABŞ) yerləşən Hartsfield Jackson sayılr. Onun buraxılış imkanı ildə 95 milion insan təşkil edir.