Aybilet.az logo

Dubayın pulsuz çimərlikləri

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on pinterest
Pinterest
Share on whatsapp
WhatsApp

Dubayda günəş, dəniz və qum qıtlığı olmasa da çimərliklərdə boş yerlər tapmaq elə də asan olmur. Çimərliklərin əsas hissəsi böyük mehmanxanalara məxsusdur, buna görə də, əgər siz “Four Seasons”, “Hilton” və ya “Cumeyra” kimi iri otellərin birində qalmırsınızsa, bu zaman siz çimərlikdə boş yer tapmaqda xeyli çətinlik çəkəcəksiniz. Amma, hətta ekstra bahalı Dubay şəhərində də, bir az səy göstərdikdən sonra pulsuz çimərliklər tapmaq mümkündür.

Daha dəqiq desək Dubayda cəmi 10-a yaxın pulsuz çimərlik var. Biz sizə 3 ən yaxşı ictimai çimərlik haqqında məlumat verəcəyik.

Cumeyra çimərliyi

İctimai çimərlik Cumeyra – bu gecə-gündüz istirahət günləri olmadan hər gün açıq olan çimərlikdir.

Bu çimərlik “Dubay Marin Beach Resort” və “Four Seasons” otellərinin arasında yerləşir. Çimərlikdə duş və ayaqyolu kimi rahatlıq, kirayə şezlonqlar və zontların götürülməsi xidməti də var. Çimərlikdə yerləşən köşklərdə isə içkilər, dondurma və atışdırmalar satılır.

7-ulduzlu Umm-Sukeym çimərliyi

Bu sakit çimərliyin əsas maraqlı məqamı – onun günəşin batmasını müşahidə etmək üçün ən yaxşı yer olmasıdır. Rahatlığa gəldikdə isə çimərlikdə voleybol toru və sörfinq məktəbindən başqa heç bir əyləncə yoxdur. Buna görə də dəsmal və kitabdan başqa özünüzlə çimərliyə çətir və yemək üçün bəzi atışdırmalar da götürməyi unutmayın.

Al-Sufoux çimərliyi

Al-Sufoux (Qara saray) çimərliyi  – Dubayın ən sakit çimərliyidir. Palma mənzərəli bu ağ qumlu çimərlikdə adətən çox sakit olur, çünki bu çimərliyi tapmaq çox çətindir. Çimərliyə Al-Sufoux-Roadda avtobus dayanacağının yaxınlığınından bir yol aparır. Burada siz maşını elə qumun üzərində saxlaya bilərsiniz. Qeyd edək ki, çimərlikdə ayaq yolu, çətirlərin kirayəsi və s. kimi heç bir rahatlıq yoxdur.

Bu yay Dubayın ən gözəl otellərində ucuz qiymətə otaqlar bron etmək və ən sərfəli qiymətə biletlər əldə etmək üçün saytın bu hissəsini klik edin!

[tp_hotel_selections_widget id=25495 cat1=”3stars” cat2=”distance” cat3=”tophotels” type=compact limit=10 subid=””]

Dubaya aviabiletlər

[tp_cheapest_ticket_each_day_month_shortcodes origin=BAK destination=DXB title=”” paginate=true stops=0 off_title=true subid=”” currency=”AZN”]

Sizə xoş istirahətlər arzu edirik!

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on pinterest
Pinterest
Share on whatsapp
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT

Tiflisə sərbəst səyahət

Dağlar, qara dəniz çimərliyi, xizəklə əyləncə, kabablar və dünyaca məşhur şərabın dadına harada baxmaq olar? Əlbəttəki Gürcüstanın paytaxtı Tiflisdə. Gürcüstan – Qafqazda

Ətraflı »