Gürcüstanın paytaxtı qədim Tbilisi şəhəri - Aybilet.az

Gürcüstanın paytaxtı qədim Tbilisi şəhəri

Sülh körpüsü

Son zamanlar azərbaycanlıların üz tutduğu şəhərlərindən biri də, Tbilisidir. Gürcüstanın paytaxtı olan bu şəhər sevinc dolu və qonaqpərvərdir. Tbilisi Kür çayının sahilində, Avropa və Asiya arasında olan əsas ticarət yollarının kəsişməsində yerləşir. Şəhər öz adını “tbili” (gürcü dilində “isti”) adlanan isti kükürd mənbələri sayəsində alıb.

Bura gələn hər kəs istər-istəməz qədim tarixin ruhunu hiss edə bilir. Hələ 5-ci əsrdən etibarən Tbilisi dəfələrlə basqınlara, yanğınlara və dağınıqlara məruz qalsa da, hər dəfə yenidən həyata qayıdıb. Bu gün şəhər öz unikal mədəniyyətini qoruyub saxlamaqla sürətlə inkişaf etməkdə davam edir.

Bakı – Tbilisi ən ucuz aviabiletlər

UÇUŞ TARİXİDayanmaQİYMƏTİ
25 Ekim 2026Doğrudan143
13 Ekim 2026Doğrudan143
16 Ekim 2026Doğrudan143
21 Ekim 2026Doğrudan143
23 Ekim 2026Doğrudan143
24 Ekim 2026Doğrudan143
27 Ekim 2026Doğrudan143
30 Ekim 2026Doğrudan143
14 Ekim 2026Doğrudan143
17 Ekim 2026Doğrudan143
18 Ekim 2026Doğrudan143
22 Ekim 2026Doğrudan143
26 Ekim 2026Doğrudan143
28 Ekim 2026Doğrudan143
29 Ekim 2026Doğrudan143
20 Ekim 2026Doğrudan143
12 Ekim 2026Doğrudan163
15 Ekim 2026Doğrudan163
8 Ekim 2026Doğrudan184
9 Ekim 2026Doğrudan184
10 Ekim 2026Doğrudan184
6 Ekim 2026Doğrudan203
11 Ekim 2026Doğrudan204
7 Ekim 2026Doğrudan204
31 Ekim 2026Doğrudan208
5 Ekim 2026Doğrudan223
19 Ekim 20261 Durak433

Müasir Tbilisi Gürcüstanın iqtisadi, siyasi və sənaye mərkəzidir. Şəhərin siması əzəmətli qədim məscidlərdən və yarımdağılmış qalalardan, zərif eyvanları ilə kolorit və köhnə məhlələrdən, sovet tikililərdən və son dərəcə müasir biznes mərkəzlərindən ibarətdir. Səyyahlar bura gözəl təbiətdən zövq almaq , qədim şəhərdə gəzmək, yerli sakinlər ilə tanış olmaq, dadlı mətbəx nümunələrini dadmaq, bir sözlə, istirahətdən unudulmaz emosiyalar almaq üçün gəlirlər.

Şəhərin ən maraqlı yerlərindən bir neçəsi barədə məlumat aşağıda təqdim edilir:

  1. Köhnə şəhər

Tbilisini ilk olaraq Köhnə şəhərdən kəşf etməyə başlamaq lazımdır. Burada piyada gəzintilər üçün bütün imkanlar mövcuddur. Köhnə şəhərdə hələ də unikal Tiflis tikililərinin nümunələrini tapmaq olar. Şəhərin bu hissəsində olan hər bir bina tarixi və mədəni abidə hesab edilir və burada olan bütün binaların öz tarixi var.

  1. Kükürdlü hamamlar

Narınqalanın ətəyində Abanotubani rayonu yerləşir ki, bura məşhur Tiflis hamamları kompleksidir. Qədim hamamlar çox böyük ərazini əhatə edir. Hamamlar hidrogen sulfidli olduğu üçün, adətən bu ərazidə özünəməxsus qoxu olur. Burada istirahət və müalicə üçün bütün mümkün variantlar var: ümumi yuyunma zalları, sauna, hovuz, masaj və həkim xidmətləri.

  1. Kanat yolu

Şəhərə açılan gözəl mənzərə seyr etmək üçün kanat yolu ilə Mtatsminda adlanan dağın başına qalxmaq lazımdır. Kanat yolu vasitəsi ilə siz iki dəqiqə ərzində köhnə şəhərin üzərindən keçərək yaddaşınızda uzun müddət qalacaq çox gözəl mənzərəyə şahid olacaqsınız. Burada siz yerli musiqiçilərin ifasını dinləyə, müxtəlif kafelərdə istirahət edə, yaxınlarınıza hədiyyələr ala və ya sadəcə gəzişərək anı yaşaya bilərsiniz.

  1. Sülh körpüsü
Sülh körpüsü

Sülh körpüsü – 2010-ci ildə inşa edilən Tbilisinin müasir memarlıq abidələrindən biri hesab edilir. Müasir üslubda tikilmiş körpünün üzərindən nəinki köhnə şəhər, həm də müasir arxitekturaya gözəl mənzərə açılır. Körpü həm də Tbilisinin yeni rayonları ilə şəhərin köhnə hissəsini birləşdirir.

  1. Rustaveli prospekti

Şəhərin əsas müasir arteriyası – hər iki tərəfindən çinarlar düzülən Rustaveli prospektidir. Turistlər ən yaxşı restoranlar, maraqlı muzeylər, teatrlar, dəbdəbəli butiklər və suvenir mağazalarının axtarışı üçün məhz bura gəlirlər. Burada həmçinin Parlament binası, Milli muzey və Şota Rustaveli adına Dövlət akademik teatrı yerləşir. Rustaveli prospekti eyniadlı abidədən başlayır və Azadlıq Meydanında başa çatır. Ağaclarla haşiyələnmiş propekt avropa prospektlərindən heç nəylə geri qalmır və burada gəzmək sizə böyük zövq verəcək.

Tbilisidə ən ucuz otellər