Fərdi əyləncə sistemi (monitor) hansı təyyarələrdə təqdim edilir?
Boeing 767, Boeing 787 və Airbus A340 tipli təyyarələrimiz fərdi əyləncə sistemi ilə təchiz edilmişdir, həmin sistem qarşınızda əyləşən sərnişinin oturacağına (salonun ön sırasında isə – oturacaqların sol qoltuqaltısında) quraşdırılmışdır. Fərdi monitorlarda filmlərə baxa, musiqi dinləyə, oyun oynaya, habelə uçuşun cari statusunu izləyə bilərsiniz. Airbus A319/A320 və Boeing 757 tipli dar füzelyajlı təyyarələr ümumi monitorlarla təchiz edilmişdir. Həmin monitorlar salonun bir neçə sıradan bir quraşdırılmışdır.
Xüsusi qidanı necə sifariş etmək olar?
Saytımızda “Rezervasiyanın idarəsi” bölməsindən istifadə edərək yaxud yardım xidmətinə müraciət edərək üstünlük verdiyiniz qida növünü seçə bilərsiniz. Qeyd edək ki, bu xidmətdən uçuş vaxtından ən azı 24 saat əvvəl yararlana bilərsiniz.
Aviabiletin dəyərinə hava gəmisində qida daxildirmi?
AZAL aviaşirkətinin bütün beynəlxalq reyslərində qida ödənişsiz təqdim edilir. İsti yeməklə yanaşı, bütün uçuş boyu məhdudiyyətsiz miqdarda çay və ya qəhvə sifariş edə bilərsiniz. Qeyd edək ki, menyu günün vaxtından, mövsümdən, xidmət sinfindən və uçuş istiqamətindən asılı olaraq dəyişə bilər. İki saatdan az davam edən uçuşlarda ekonom sinifdə isti yeməklərin verilməsi nəzərdə tutulmamışdır, sərnişinlərə isti içkilər (çay və qəhvə), həmçinin su təklif olunur.