Reyslərin gözləmə zamanı hava limanında nə işlə məşğul olmaq olar?
Kafedə oturmaq. Nəzərə alın ki, hava limanında yerləşən kafelərdə qiymələr çox bahadır. Bu səbəbdən əgər aclığınız yoxdursa, vaxtınızı sadəcə kofe və ya çay içərək keçirə bilərsiniz.
Çarpayı-oturacaqlar olan xüsusi zonada mürgüləmək.
Gözləmə zalında gəzişmək. Bir çox hallarda iri beynəlxalq terminallarda bağçalar salınır və ya sərgi salonları quraşdırılır ki, burada gəzib şəkillər çəkdirə bilərsiniz. Məsələn, Sinqapur aeroportu Çanqidədə.
Pulsuz Wi-fi zonasından istifadə etmək. Təəssüf ki, bir çox hava limanlarında internet şəbəkəsi kinolara baxmaq qədər yaxşı deyil, lakin buradakı internet vasitəsi ilə qısa mesajlar yaza və ya sosial şəbəkələrdə rəylərə münasibət bildirə bilərsiniz.
Uşaqları oyun otağına aparmaq. Oyun otaqlarında tərbiyəçi ilə yanaşı, uşaqları əyləndirmək üçün xüsusi animatorlar da çalışır.
Duty Free rüsumsuz ticarət mağazalarından alış-veriş etmək. Duty Free mağazalarından siz həm keyfiyyətli spirtli içkilər, kosmetik vasitələr və ya digər mallar, həm də dostlarınız üçün əlverişli qiymətə suvenirlər ala bilərsiniz.
Əgər siz olduğunuz hava limanında muzey varsa, bu zaman mütləq oranı ziyarət etməyi tövsiyə edirik. Adətən belə muzeylərdə bütün ekspozisiya milli koloritdə əks olunur. Məsələn, Amsterdam hava limanında müntəzəm olaraq Dövlət Rəssamlıq Muzeyinin əsərləri sərgilənir.
Kitab oxumaq və ya hava limanının mini-kitabxanasına baş çəkmək. Ən böyük kitabxana Amsterdam hava limanında yerləşir. Burada dünyanın 20 dilində istənilən zövqə uyğun kitab tapmaq mümkündür. Kitabxananın ziyarəti ödənişsizdir.
Baxış meydançasını ziyarət etmək. Bəzi hava limanlarının baxış meydançalarında binokllar quraşdırılıb. Havaya qalxıb enən təyyarələri müşahidə etmək xüsusilə uşaqların çox xoşuna gələcək.
Foto studiyada əylənmək. Burada siz milli geyimlərdə fotosessiyada da iştirak edə bilərsiniz. Bu xidmət Yaponiyanın Narita şəhərindəki hava limanında mövcuddur.
Supermarketdə alış-veriş etmək. Marketlər Sinqapur və Sürixin aeroportlarında var.
Yaxınlarınıza telefon zəngləri etmək.
Musiqi alətində ifa etmək. Praqa hava limanının 2-ci Terminalda istənilən şərnişinin ifa edə biləcəyi fortepiano quraşdırılıb.
Bəzi hava limanları daxili ekskursiyalar təklif edirlər. Məsələn, Sinqapur hava limanı.
Kinoteatra getmək. Bu əyləncə növü, xüsusən Asiya ölkələrində populyardır.