Amerikan tədqiqatçıları hansı ölkələrdə qadınların daha yaxşı yaşadığını aydınlaşdırıb.
İsveç
Qadınlar üçün ən yaxşı ölkələrin reytinqinə İsveç başçılıq edir. Dünyanın 80 ölkəsindən olan 10000 qadını sorğu edən Amerika alimləri bu qərar gəliblər. Sorğunun nəticəsində bir neçə parametrə görə yaşamaq üçün ən uyğun ölkələri müəyyən ediblər. Bu parametrlərə ölkədə qadınların istədiyi əmək haqqının səviyyəsi, tibbin vəziyyəti, ümumi həyat səviyyəsi, təhlükəsizlik, hüquq bərabərliyi daxildir.
İsveçin ilk sıralarda olması təəccüblü deyil. Çünki İsveç hökuməti həmişə cinslər arasında bərabərlik uğrunda mübarizə aparıb. Həyata belə proqressiv baxış qadınların iş və şəxsi keyfiyyətlərini, həmçinin ixtisasına layiqli vəzifə tutmalarını ön plana çıxarmağa imkan verərək işəgötürənlərin qadın işçilərə münasibətində özünü göstərir. İsveçdə rəhbərlərin təxminən 25%-i qadınlardır.
Danimarka
İsveç tədqiqatın nəticələrinə görə yüksək göstəricilər almış yeganə Skandinaviya ölkəsi deyil. Siyahıda 2-ci və 3-cü yerləri uyğun olaraq Danimarka və Norveç tutur. Danimarka yüksək rifah səviyyəsi olan ölkə kimi tanınır. Tibb və təhsil xidmətləri demək olar ki, pulsuzdur. İnfrastruktur elə qurulub ki, analar uşaqları və ya uşaq arabaları ilə narahatçılıq keçirmirlər.
Danimarka kişiləri isə təsərrüfat işlərinə öyrəşiblər və məmnuniyyətlə ev təmizləyir, qab yuyur, mağazadan ərzaq alır və öz paylarına düşən uşaq baxıcılıqlarını da edirlər. Bundan əlavə, Danimarkada hava təmizdir, çünki əhalinin böyük əksəriyyəti avtomobildən çox velosiped sürür. Danimarkada iş vaxtı saat 16-da qurtarır. Bu ölkənin üstünlükləri siyahısını hökumətin gənc valideynlər üçün çox çevik siyasəti tamamlayır.
Norveç
Norveç də qadınların həyatı üçün bir sıra xoş anlar təqdim edir. Qadınlar üçün qısa iş günü mümkündür (10:00-dan 15:00-a və ya 16:00-a kimi), nahar vaxtı və əlavə 2 çay içmək fasiləsi də var, yeni ata olanlar üçün 3 ay yarımlıq dekret və qadınların dekretinin ilk 35 həftəsinin tamamilə ödənilməsi də nəzərdə tutulub.
Niderland, Kanada və Finlandiya
Qadınlar üçün ən yaxşı ölkələrin reytinqində növbəti yerləri Niderland, Kanada və Finlandiya tutur. Bu ölkələrin hamısı qadınların yaşaması üçün yüksək rahatlıq səviyyəsi, gənc analar üçün xüsusi şərait, yaxşı sığorta və perspektiv karyera yüksəlişi ilə seçilir. Əlverişli iqlim və hökumətin ekologiyanın qayğısına qalması da bu yerləri yaşamaq üçün arzu olunan edir.
İsveçrə və Avstraliya
Siyahıda növbəti yerlərdə İsveçrə və Avstraliya gəlir. Norveçdə olduğu kimi İsveçrədə də parlamentin çox hissəsini qadınlar təşkil edir. Onlar zəif cinsin nümayəndələrinin hüquqlarını qoruyurlar və onların yüksək keyfiyyətli yaşamalarının qayğısına qalırlar.
Avstraliya ekssentrik və fərdiyyətçilərin ölkəsidir. Burada haqlı olaraq ən uzun ömür səviyyəsi qeydə alınıb. Çünki əhali vəhşi təbiəti fəth etməyi və aktiv idman növləri ilə məşğul olmağı sevirlər.
Qadın hökümətdə, nəhəng korporasiyada və ya dünya səviyyəli universitetdə aparıcı vəzifədə çalışa bilər, lakin ifrat dərəcədə özünə güvənən və əmr etməyi xoşlayan insanlar burada çox da yaxşı qarşılanmır.
Avstriya və Yeni Zelandiya
Qadınlar üçün ən yaxşı ölkələrin reytinqini Avstriya və Yeni Zelandiya tamamlayır. Avstriya yüksək gəlir, cinslərin tam bərabərliyi və qadın sahibkarlar üçün çoxlu imtiyazların olması ilə seçilir. Avstriya dedikdə ilk yada düşən məşhur “Zaxer” deserti olsa da, ölkə əhalisi daha çox sağlam qidalanmaya üstünlük verir. Qadınların təkcə beşdə bir hissəsi artıq çəkidən əziyyət çəkir. Bu göstərici bütün Avropa göstəricisindən aşağıdır.
Yeni Zelandiya ən yüksək təhlükəsizlik səviyyəsi olan ölkə hesab edilir. Oranın vəhşi təbiətində zəhərli ilanlarla və aqressiv yırtıcılarla qarşılaşmazsınız, hətta ağcaqanad da yoxdur. 1980-ci ildə oranı nüvəsiz ölkə elan ediblər. Bundan əlavə, ora məhdud imkanlı insanlar üçün rahatlığı ilə seçilir və təmizliyi və əhalinin xeyirxahlığı ilə insanı valeh edir.
Hara köçmək lazım deyil?
Qadınlar üçün ən yaxşı ölkələrin reytinqi haqqında danışarkən qadınların qəti şəkildə köçməyi tövsiyə edilməyən ölkələri də diqqətdən kənarda saxlamaq olmaz. Tunis, Pakistan, İraq və Boliviya – qadınların yaşaması üçün ən pis ölkələr bunlardır.