İkilikdə səyahət üçün faydalı məsləhətlər

Səyahət

Birlikdə səyahət etmək insana inanılmaz xoş əhval ruhiyyə bəxş edir, bundan əlavə bu münasibətlərə də xeyir edir. Birgə səyahət həm də sizin aranızda olan bağların nə qədər möhkəm və münasibətlərinizin hansı sərhəddə olmasını yoxlamaq üçün yaxşı üsuldur. Birlikdə səyahət zamanı münaqişələrdən qaçmaq üçün sizə bir neçə faydalı məsləhət təqdim edirik.

Öz tərəfdaşınızı tanıyın

Müdriklər deyiblər ki, münasibətlər səyahətlərdə yaradılır və elə buradaca yox olurlar. Bu səbəbdən tərəfdaşınızla səyahət bir ömür boyu xoş xatirəyə çevrilə və ya səyahətə başladıqdan bir neçə həftə sonra bir əzaba çevrilə bilər ki, yanınızdakı insan sizi qıcıqlandırmağa başlar.

Səyahət üçün düzgün tərəf müqabili tapmaq elə də asan deyil. Sizi evdə qıcıqlandıran məqamlar səyahət zamanı iki dəfə çox əsəbləşdirəcək, çünki bu zaman siz 24 saat ərzində həmin insanın yanında olacaqsınız.

Real büdcənizi razılaşdırın

Büdcəyə görə yaranan narazılıq kimi səyahətdən olan əhval-ruhiyyəni heçnə pozmur.  Buna görə büdcəni əvvəlcədən müzakirə etmək lazımdır. İkinizin də maliyyə xərcləri sizin həyat tərzinizə uyğun olmalıdır.

Yeni dostlar qazanın

Yeni insanlarla ünsiyyət qurmaq sizin münasibətlərinizi məişətin xoşagəlməz məqamlarından qoruyacaq. Bundan əlavə yeni tanışlıqlar sizə yeni təcrübə və biliklər bəxş edəcək. Başqa mədəniyyətə aid yeni dostlarınız sizə maraqlı vaxt keçirməyə səbəb olacaqlar.

Bəzən təklikdə qalmağa çalışın

Yeni dostlar əldə etmək çox yaxşıdır, amma bəzən insan təklikdə qalmaq istəyir. Sevginizə baxmayaraq sizin və tərəfdaşınızın fərqli maraqları ola bilər. Bunun üçün bir az ara verib, təklikdə qalın və yalnız sizə maraqlı olacaq işlə məşğul olun. Bu zaman siz bir-birinizdən ötrü darıxmağa imkan tapacaqsınız ki, yarınızı gördükdə çox sevinəcəksiniz.

İyirmiyə qədər sayın

Mehmanxanada sizin bronunuz haqqında məlumatlı deyillər? Restoranda ofisiant sifarişi səhv gətirdi? Taksi sürücüsü sizdən iri məbləğ aldı?

Səyahət zamanı belə xırda xoşagəlməz hallar tez-tez olur. Bu zaman əsəbləşməmişdən əvvəl yaxşı olar ki, 20-yə qədər sayıb sakitləşəsiniz. Bir cütlük ikilikdə ilk dəfə məzuniyyətə gedərkən kiçik münaqişələrə hazır olmalıdır. Bu, iki nəfərin 24 saat birlikdə vaxt keçirməsini nəzərə alsaq, tamamilə təbii haldır. Əsas odur ki, küsülülükdən sonra barışmağı unutmayasınız.

Bir-birinizin güclü tərəflərindən istifadə edin

Unutmayın ki, hər birinizin müxtəlif güclü tərəfləri var ki, birləşdikdə siz ideal cütlüyə çevrilirsiniz. Əsas odur ki, bir-birinizin müxtəlif istedadlarından istifadə etməyi bacarasınız. Əgər bu alınarsa bu zaman səyahətiniz yağ kimi keçəcək və sonra xatırlamağa bir çox xoş anlarınız olacaq.

Passiv olmayın

“Mənim üçün fərqi yoxdur, sən seç” deyərək, siz birgə prosesdə qərar qəbul etmək istəmədiyiniz barədə siqnal vermiş olursunuz. Nəticədə belə davranış istirahətdən sonra da davam edə bilər. Bu o demək deyil ki, bütün qərarları öz üzərinizə götürməlisiniz, amma təklif və ideyalar vermək, onları müzakirə etmək bütövlükdə münasibətlərin gələcəyi üçün çox vacibdir.

Hər şeyə yumorla yanaşın

Nəinki ikilikdə, hətta tək səyahət edərkən gözlənilməz problemlər qaçılmazdır. Ən yaxşısı ehtiyac olmadan öz əhval-ruhiyyənizi pozmayın. Axı istənilən məzuniyyətin məqsədi tam güc yığıb evə yeni təəssüratlarla qayıtmaq üçün istirahət etmək və dincəlməkdir.

Sizə xoş istirahətlər arzu edirik!