Aybilet.az logo

İmişli

Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

Arayış

Bakıdan 230 km aralıdadır. Muğan və Mil düzü tarixi – coğrafi ərazilərin birləşdiyi məntəqədə yerləşir. 1930- cu ildə yaradılan rayon 1938-ci ilədək Qaradonlu adlanıb. Hazırda Qaradonlu Muğan düzündə kiçik bir kənddir. Şimaldan Kür, mərkəzindən Araz çayı rayonu iki yerə bölərək sakitcə axıb gedir. Çayda çoxlu xırda adacıqlar əmələ gəlib. İranla həmsərhəddir. Mülayim və isti yarımsəhra iqlimi var. Vaxtilə yovşan iyi verən bu çöllərdə qoyun sürüləri otlayırdı. İndi həmin qışlaqların yerində daimi yaşayan kəndlər salınıb. Pambıq rayonlarından hesab edilən ərazidə neft buruqları qazıntılarına başlanmasıyla qara qızıl istehsalı start alıb. Son illərdə işə düşən şəkər zavodu İmişlini bir daha gündəmə gətirdi.

Bəhramtəpə su anbarı

İmişlidəki ən səfalı yer Bəhramtəpə su anbarıdır. Tarlaların suvarılması, əkin sahələrinin əsrlərcə yığılmış duzlardan təmizlənməsi üçün tikilən anbardan su çoxsaylı kanallar vasitəsilə müxtəlif istiqamətlərdə axıdılır. Sarısu gölünün çox hissəsi İmişlidədir.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2338268599646531]

Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT

istanbul

Əfsanəvi İstanbul

İstanbul öz gözəçarpan təbii gözəlliyi, tarixi abidələri və bu iki meyyarı özündə mükəmməl şəkildə birləşdirə bilən çox əhəmiyyətli və məşhur metropolisdir. Qədim

Ətraflı »

Tiflisə sərbəst səyahət

Dağlar, qara dəniz çimərliyi, xizəklə əyləncə, kabablar və dünyaca məşhur şərabın dadına harada baxmaq olar? Əlbəttəki Gürcüstanın paytaxtı Tiflisdə. Gürcüstan – Qafqazda

Ətraflı »