İnternetlə alınan aviabiletlərin ləğvi

aviabiletlər

Sərnişinlərin planlarının dəyişməsi internet üzərindən alınan aviabiletlərin qaytarılması zəruriyyətinin yaranmasına gətirib çıxarır. Kompensasiyanın dəyəri isə müəyyən faktorlara əsasən  müəyyən edilir.

Aviabiletlərin onlayın alışının üstünlüyü

Onlayn aviabiletlərin alışı bir çox insanlar üçün zaman keçdikcə daha populyar seçim halına gəlir. Bunun üçün sadəcə brauzerdə aviaşirkətin veb saytını açıb sizə uyğun uçuş vaxtını seçmək lazımdır. Vaxta qənaətdən əlavə digər üstünlükləri də var:

  • Praktikdir;
  • Rasionaldır;
  • Əlverişlidir;
  • Sürətlidir ;
  • 24/7 istifadəçi dəstəyi var.

Onlayn xidmət istənilən şəhərə, ölkəyə təyin olunmuş tarixlərdə olan bütün reyslər və qiymətlər haqqında məlumat verir. Bu şəkildə internetə qoşulmuş bütün kompyuter və ya telefon vasitəsiləri  ilə bilet bron etmək mümkündür.

Aviaşirkətlərin veb saytlarında biznes və ekonom klas uçuşlarını seçməyə imkan yaradan müxtəlif qiymətlərlə biletlər təklif olunur. Aviabiletlərə çox vaxt endirim almaq mümkündür. Məsələn, 1-2 ay əvvəldən bilet alarkən sərnişin qiymətin 50% -inə qədər qənaət edə bilər.

Ümumdünya şəbəkədən biletin alınmasına çox az vaxt sərf olunur, bronlaşdırma prosesi isə 5 dəqiqədən artıq çəkmir. Belə ki, həm nəqliyyat xərclərinizə qənaət etmiş olursunuz, həm də bilet almaq üçün növbələrdə gözləməli olmursunuz.

Vacibdir! Müəyyən reyslərə biletlər veb sayt vasitəsi ilə alınır. Xüsusilə, çarter reysləri turoperatorların rəsmi səhifələrində satılır.

Onlayn dəstək sizə istənilən vaxtda (həftə sonu və bayram günləri daxil) təyyarədə yer bron etməyə imkan yaradır.

İstifadəçi hətta doğmaları və dostları üçün də bilet ala bilər. Biletin kağız versiyası saytda seçilən ünvana göndərilir.

Təyyarə biletini geri təhvil vermək olarmı? Qaytarılmayan biletin pulunu geri verəcəklərmi?

Veb-saytlardan alınan bir çox aviabiletləri geri qaytarmaq mümkündür. Lakin elə biletlər var ki, onların üzərində “Non Ref”( ingilis dilindən tərcümədə “qaytarmaq olmaz”) işarəsi olur. Ona görə bilet bron edərkən diqqətli olmaq lazımdır. Aşağı qiymətə olduğu üçün bu biletlər xüsusi ilə tez satılır.

Dİqqət yetirin! Bəzi hallarda əlavə ödənişlə bileti başqa reysə dəyişmək mümkündür.

Qaytarılmayan biletləri qaytarılmağının mümkünlüyü yalnız normativ hüquqi aktlarla tənzimlənir. Qanunvericiliyə əsasən geri qaytarılmayan aviabiletlərin sahibləri yalnız müəyyən edilmiş hallarda bileti təhvil verə bilərlər:

  • sərnişin və ya yaxın qohumu xəstələndikdə;
  • sərnişin və ya qohumu öldükdə;
  • təyyarə texniki səbəblərdən və ya uçuşun gecikməsi səbəbindən uça bilmədikdə

Mühüm bir nüans: zəruri sənədlər nəzərdə tutulmuş gediş tarixindən etibarən  altı ay ərzində təqdim edilməlidir.

İnternet vasitəsilə alınan biletin geri qaytarılması

Bank kartına pulun geri  köçürülməsi üçün aşağıdakı məlumatları təsdiqləməlisiniz:

  • hesab sahibinin soyadı, adı və atasının adı (bilet kimin adınadırsa o şəxsin məlumatları)
  • şəxsiyyət vəsiqəsinin nömrəsi
  • bank təşkilatının adı və müştərinin hesab nömrəsi;
  • Bank təşkilatının identifikasiya kodu və mühbir hesabı.

Elektron cüzdan vasitəsi ilə alınan elektron biletin pulunu necə geri almaq olar?

Bunun üçün aşağıdakıları təqdim etmək lazım olacaq:

  • Alıcının soyadı, adı (bilet sahibinin)
  • cüzdanın nömrəsi
  • rəqəmsal təşkilatın adı (yandex pul, veb money, liqpay, rbk money və s.).

Aviabileti nə vaxt təhvil vermək olar

Biletin qaytarılması üçün bu məlumatları bilməlisiniz:

  • reysin nömrəsi
  • alınan biletin nömrəsi
  • bronun nömrəsi
  • uçuş tarixi və saatı

Diqqət yetirin! Bu məlumatların siyahısı rezervasiya zamanı göstərilən elektron poçta elektron məktub kimi göndərilir. Rahatlıq üçün, həmin məktubu əvvəlcədən çap edib, biletin geri qaytarılması zamanı aviaşirkətin işçisinə təqdim edə bilərsiniz.

Aviaşirkətin və ya turistikşirkətinin veb saytında biletlərin geri qaytarılma bölməsində  aviabilet haqqında məlumatı daxil etmək üçün xüsusi forma verilir. Bundan əlavə, sərnişin şəklini və ya pasportun skanını təqdim etməlidir.

Əgər sərnişin aviabileti uçuşdan 1 ay və ya daha uzun müddət öncə qaytarmaq niyyətində olduğunu deyirsə, demək ki, bilet qiymətinin çox hissəsini geri ala biləcək.

Biletlərin geri qaytarma müddətləri haqqında

Sərnişinin bir gün və ya daha tez hava səyahətindən imtina etməsi lazım gələrsə, biletin tam dəyəri, alışının həyata keçirildiyi hesaba qaytarılmalıdır. Bundan əlavə, məbləğdən kiçik bir komissiya tutulur. Bəzi aviaşirkətlər bun məbləğə cərimə dəyəri də əlavə edirlər.

Bir gündən az  müddətdə aviabiletini qaytarmaq istəyirsə, sərnişin ödənilmiş qiymətin 75%-ni və aviaşirkətin təsdiqlədiyi tariflərdə hesablanmış komissiya haqqını qaytarmaq hüququna malikdir.

Bilet təyyarənin uçuş vaxtından 4 saat əvvəl geri verilirsə, qiymətinin 75 %-indən komissiya faizi və cərimə çıxılaraq geri qaytarılır.

Bilet təyyarəyə minməyə maksimum 4 saat qalmış və ya uçuş başlandıqdan sonra geri qaytarıldıqda ödəniləcək məbləğ azalacaq və cərimənin miqdarı artacaq.

Qərarınızı nəzərdən keçirmək və təyyarədəki eyni yerləri geri qaytarmaq mümkün olmayacaq.  Qaytarılma dövrünün müddəti 10 gündən 90 günə qədərdir.