İtaliya haqqında maraqlı faktları toplayıb bir kitab yazmaq olar.
Biz sizə bu məqalədə İtaliya haqqında sorğu nəticəsində toplanan ən maraqlı faktları təqdim edirik.
- İtaliyada uşaq evləri yoxdur.
- İtaliyada kimsəsiz ev heyvanları yoxdur.
- Siciliya və Kalabriyanın biznesmənlərinin 80%-i mafiyaya xərac verirlər.
- İtaliyada kişilər öz arvadlarından qorxurlar.
Sübut olunmağa ehtiyacı olmayan faktlar.
- «İtaliyanın» adı yunan sözü italiosdan (buzov) əmələ gəlib.
- Siciliya adasında yerləşən Sirakuza şəhəri bir zamanlar ən böyük yunan şəhəri olmuşdur.
- İtaliya turistlərin ziyarət sayına görə dünyada dördüncü yerdədir. Hər il bura 40 milyondan çox turist gəlir.
Elm və mədəniyyət
- Ölkənin ən qədim universiteti Boloniya universitetidir. O, 1088-ci ildə yaradılmışdır.
- Dünyanın ən qədim bankı Monte di Siyena İtaliyada yerləşir. O, 1472-ci ildə təsis olunmuşdu.
- Mexaniki saatlar, barometr, termometr, şüşə və telefon İtaliyalılar tərəfindən icad olunmuşdu.
- Dünyanın ilk kinematoqraf festivalı 1932-ci ildən etibarən İtaliyada keçirilir.
Ev heyvanları
- Romalılar pişiklərə qarşı həssas yanaşırlar. Pişiyi öldürmüş şəxs 10 000 avro cərimə və 3 ilə qədər həbs cəzası ilə cəzalandırılır. Romada 300 minə qədər pişik var.
İtaliya şəhərləri
- Əhali sayına görə İtaliyanın ən böyük şəhəri Romadır.
- Əhalinin sayına görə ən kiçik yaşayış məntəqəsi Monteronedir.
Pizza, spagetti və s.
- İlk pizza satılan yerin adı Antica Pizzeria Port’Alba olmuşdu. O, 1830-cu ildə Neapolda açılmışdı.
- İtaliyada 140 növdən çox spagetti var. Orta hesabla bir İtaliyalı ildə 25 kiloqram spagetti istifadə edir.
- İtaliyalılar ən məşhur şirin deserti – tiramisu – XVII əsrdə yaradılmışdır. Məcazi mənada tira mi su sözləri “məni xoşbəxt edir” deməkdir.
- İtaliyalıların qəhvə növü Avropada çox məşhurdur. O, espresso adlanır. Bu sözün həqiqi mənası «bu anda, sizin üçün hazırlanmış» deməkdir.