Mərkəzdə yaşamırsınızsa, problemləriniz çox olacaq. Otel bronlaşdırmasını Otello.az vasitəsi ilə edin və qiymətlərin ən yüksək olduğu tarixlərdən (Milad bayramı, Pasxa, Kral ailəsi toyları və yay günləri) qaçmağa çalışın.
- Stander velosiped kirayəsindən istifadə edin – 24 saatı 2 funt. Apple, Google Play –dən proqramını yükləyin.
- Londonda metrodan istifadə qisa gediş üçün 2,5 funtdur, avtobusdan isə 1,5 funt. Daytravelcard əldə etsəniz bir az qənaət etmiş olarsız.
- Parisə səfər etməyi planlaşdırırsızsa aksiya bölməsindəki avtobus operatoru national ekspress ilə – 5 funta səfər + 1 funt bron üçün – xidmətindən istifadə edin. Bu şəkildə bütün adanı gəzə bilərsiniz. Qatarların qiyməti alacağınız vaxtdan asılıdır. Məsələn 9:00-da İngilis tacı kimi baha, 10:00-da isə yarı qiymətə düşür.
- Supermarketlərdə və evlərə yaxın Sainsbury’s və TESCO mağazalarında münasib qiymətə hazır salatlar və məhsullar satılır. Yerli bazarlardan isə meyvə və giləmeyvə almaq daha sərfəlidir.
- Suvenirləri münasib qiymətə Poundland, Primarkdan, Portobello, Bermondsey və Camden marketlərindən ala bilərsiz.
- Londonda ödənişsiz muzeylər: Milli Qalereya, Britaniya Muzeyi, Təbii Tarix Muzeyi, Viktoria və Albert Muzeyi, İngilis Teytin Qalereyası.
- Londonda 5 əsas hava limanı var və heç birinə Express qatar ilə getməyə ehtiyac yoxdur. City və Heathrow hava limanlarına metro ilə, qalanlarına isə avtobus ilə getmək mümkündür.
- SkyGarden göydələnlərinin birində ödənişsiz müşahidə üçün öncədən bron edin.
- Subyektiv olaraq: Coca-Cola London Eye təkəri və Madam Tussauds muzeyi, onlar üçün ödənilən məbləğə dəyməz.
- Harry Potter filminin çəkilişi gedən studiyanı isə ziyarət etməyə dəyər.
- The Lonndon Pass kartını alıb və maksimal dərəcədə istifadə etsəniz təxmin edilən məbləğin 50%-inə qənaət edə və 80-dən artıq görməli yerləri ziyarət edə bilərsiniz.