“Loukost”-ların xidmətlərindən istifadə etmək nə dərəcədə təhlükəsizdir?

low-cost

Bir ölkədən digərinə bir neçə saat ərzində yalnız bir növ sərnişin nəqliyyatının köməyi – təyyarə ilə getmək mümkündür. Avia uçuşlar vaxtınımıza xeyli qənaət etsə də maliyyə vəziyyətimizə heç də yaxşı təsir göstərmir.

Avia daşıyıcılarının bir növü də, “loukoster” adlanan avia şirkətlərdir. “Lou kost” ingilis dilindən tərcümədə – “aşağı qiymət” deməkdir. Loukosterlər – ucuz aviaşirkətlərdir ki, ucuz aviabiletlər alan zaman, xərclərin azaldılması sayəsində öz sərnişinlərinə uçuş üçün daha ucuz qiymətlər təklif edir.

Bəs bu tip avia daşıyıcılar nədə qənaət edirlər və onlardan istifadə nə dərəcədə təhlükəsizdir?

İlk növbədə, loukosterlər adət edilmiş xidmətlərin göstərilməsi və rahat şəraitə qənaət edir. Məsələn, əgər siz təyyarədə yemək istəsəniz, bunun üçün əlavə ödəniş etməli olacaqsınız. Bu tip təyyarədə siz nə televizor, nə jurnal, nə isti örtüklər görməyəcəksiniz.

Bundan əlavə loukost tipli aviaşirkətlərin təyyarələrində sinif seçimi də yoxdur və hər kəsə yalnız “ekonom” sinif təklif edilir. Burada oturacaqlar kifayət qədər narahatdır və bir-birinə çox sıx yerləşir. Yeri gəlmişkən, oturacaqların nömrələri aviabiletlərdə göstərilmədiyi üçün təyyarə salonuna ən tez daxil olan sərnişinlərin daha rahat yerlərdə əyləşməsi ehtimalı daha böyükdür.

Loukosterlər, bir qayda olaraq, öz avia parklarında çox az sayda hava daşıyıcılarından istifadə edirlər. Beləliklə onlar təyyarələrin texniki xidmətində və personalın tədrisində də qənaət etmiş olurlar.

Ucuz aviaşirkətlər mərkəzdə deyil, şəhərdən kənarda yerləşən hava limanlarında fəaliyyət göstərir. Bu şirkətlərin təyyarələri yalnız birbaşa reyslər edir. Adətən reyslər səhər tezdən və ya gecə, yüklü olmayan iş saatlarında həyata keçirilir.

Daha bir mənfi cəhət – satış ofislərinə və əlavə əməkdaşlara qarşı olan qənaətdir. Belə ki, loukosterlər bilet satışını daha çox internet vasitəsilə həyata keçirir, hava limanında adi qeydiyyatdan keçmək istəyənlər üçün isə əlavə ödəniş nəzərdə tutulur. Bundan başqa, hətta aviaşirkətin rəsmi saytından bilet alarkən çox diqqətli olmaq lazımdır. Reklam olunan bəzi loukost aviadaşıyıcılar bilətlərin qiymətinə bilet alışının final mərhələsində ortaya çıxa biləcək vergiləri və aeroport yığımlarını daxil etmir.

Beləliklə, bir neçə kilometrlik hündürlükdə komfort və rahatlıq mühüm rol oynadığı üçün loukosterlərdə uzaq uçuşlar sizin üçün gərgin keçə bilər. Bu həmçinin sizin səhhətinizə də mənfi təsir göstərə bilər.

Bu səbəbdən daha rahat şəkildə səyahət etmək üçün Aybilet.az saytından istənilən büdcəyə uyğun ucuz aviabiletlər əldə edə bilərsiniz.