Otel əməkdaşlarından sizə 5 məsləhət

Düzgün tarix seçin

Floridanın Mehmanxana Menecmenti Universitetinin müəllimi Maykl Terri iddia edir ki, otellərdə xidmətin qiyməti yeganə bir amildən asılıdır: tələbdən. Ucuz və turist dəstəsi olmadan istirahət etmək istəyirsinizsə yeni ilə 2 həftə qalmış, avqustun lap axırında və ya sentyabrın ilk günlərində məzuniyyətə çıxın.

Sizə endirim etmələrini xahiş edin

Pensilvaniya Mehmanxana Menecmenti Kollecinin professoru Deniel Maunt qeyd edir ki, otellər öz nömrələrinin heç bir gündə boş qalmasını istəmirlər. Ona görə də əgər mehmanxanada sizin tuta biləcəyiniz boş otaq varsa işçilər həmişə sizə endirim edə bilərlər.

Heç kim sizi gündüz saat 3-ə qədər oteldən qovmaz

Mehmanxana Menecmenti Kollecinin daha bir professoru Amit Şarma səyahətçilərə öz məsləhətlərini verir. Onun sözlərinə görə oteldən çıxacağınız gün saat 3 və ya 4-ə qədər rahatlıqla qala bilərsiniz. Bir qayda olaraq, otellər bu təcrübə haqqında çox danışmırlar, lakin siz qısa müddətə qalma vaxtınızı pulsuz artıra bilərsiniz.

Pəncərədən uzaq olan çarpayını seçin

Əgər siz iki çarpayılı otaqda qalırsınızsa pəncərəyə yaxın çarpayını seçməyin. Maykl Terri qeyd edir ki, siz əvvəlki kirayənişinlər kimi şüuraltı şəkildə təbiətə və işığa yaxın olmaq istəyəcəksiniz. Bu isə divara yaxın çarpayının daha rahat və böyük ehtimalla daha təmiz olması deməkdir. Əlbəttə əgər qulluqçular təsadüfən yataq ağlarını dəyişməyi yaddan çıxarmayıblarsa.

Personala qarşı nəzakətli olun

Miçiqan Mehmanxana Biznesi Kollecinin professoru Bonni Natson elə ilk imkan düşən kimi otel işçiləri ilə münasibətləri qaydasına qoymağı məsləhət görür. Tanımadığınız ölkədə ilk növbədə qapıçı ilə dost olun.

O, müxtəlif mağazalar haqqında məlumat verəcək, yerli əhalinin gecələr hansı tərəflərdə dolandıqlarını xəbərdar edəcək və harada nahar etməyin sərfəli olduğunu deyəcək. Bonni həm də mehmanxana əməkdaşını tərifləməyi tövsiyyə edir. Siz xidmət personalının çətin işini qeyd edə bununla da onun etibarı və dəstəyini ala bilərsiniz. Bu sizə oteldə olan vaxt istənilən çətin vəziyyəti həll etməyə imkan verəcək.

Yeri gəlmişkən ən ucuz otelləri axtarıb, tapmaq üçün saytımızın təqdim etdiyi xüsusi sistemdən istifadə etək üçün aşağıdakı düyməni klikləyin.

Ən ucuz otellər